DigerBürc məlumatları

Artıq işəgötürənlər bürcə görə seçim edir. Bəs sənin bürcün buna görə Şanslıdırmı?

Evlilik, iş həyatında bürclərin rolu çox böyükdür. Belə ki, insanlar evlənəcəyi şəxsləri belə bürclərə görə seçib, işə götürdükləri namizədlərin də bürclərinə önəm verirlər. Təəccüblü gəlsə də, bu gün bu hadisələr gündəlik olaraq bir çox yerdə yaşanır. Hətta yaxın zamanda RabotaRu portalı işəgötürənlərin hansı bürcdən işçilərə üstünlük verdiyini araşdırıb bu qənaətə gəliblər.

— Şir (işəgötürənlərin 42%-i ideal namizəd hesab edir);
— Qız bürcü (39%);
— Oxatan (39%);
— Buğa (37%);
— Oğlaq (33%);
— Qoç (33%);
— Tərəzi (33%);
— Xərçəng (28%);
— Əkizlər (19%);
— Balıqlar (16%);
— Dolça (15%);
— Əqrəb (11%)

Qəribə səslənsə də, bu gün işçinin bürcü işəqəbulda birdən-birə vacib kriteriyalardan birinə çevrilmişdir. Daha namizəd seçimlərində hansı bürcdən olmağınız da önəm daşıyır. Artıq işəgötürənlər bürcə görə seçim edir. Bəs sizin bürcünüz buna görə Şanslıdırmı?

Astrologiya elmi çox maraqlıdır. İnsanların bir çoxu onunla maraqlanır. Bildiyimiz kimi astrologiyada 12 bürc vardır. Bu bürclərin hər birinin özünəməxsus xarakterlərə, xüsusiyyətlərə sahibdirlər. Bürclər adətən insanın doğum tarixi ilə müəyyən edilir. Onlar sayəsində insanın şəxsiyyət xüsusiyyətləri, meylləri, bəzən də taleyini müəyyən etmək üçün mümkün olur. 12 bürcün qısa təsvirini sizlərə təqdim edirik:

  1. ♈️ QOÇ bürcü (21 mart – 19 aprel): Cəsur, enerjili və liderlik keyfiyyətləri ilə tanınır.
  2. ♉️ BUĞA Bürcü (20 aprel – 20 may): Sabit, praktik və etibarlı xarakterə malikdir.
  3. ♊️ ƏKİZLƏR Bürcü (21 May – 20 İyun): Çevik, ünsiyyətcil və maraqlıdırlar.
  4. ♋️ XƏRÇƏNG Bürcü (21 iyun – 22 iyul): Həssas, qoruyucu və emosional bürcdür.
  5. ♌️ ŞİR Bürcü (23 iyul – 22 avqust): Qürurlu, səxavətli və liderlik xüsusiyyətlərinə malikdir.
  6. ♍️ QİZ Bürcü bürcü (23 avqust – 22 sentyabr): Analitik, mütəşəkkil və təfərrüat yönümlüdür.
  7. ♎️ TƏRƏZİ Bürcü (23 sentyabr – 22 oktyabr): Onlar ədalətli, romantikdirlər və münasibətlərdə tarazlıq axtarırlar.
  8. ♏️ ƏQRƏB Bürcü (23 oktyabr – 21 noyabr): Sirli, ehtiraslı və güclü bürcdür.
  9. ♐️ OXATAN Bürcü (22 noyabr – 21 dekabr): Sərbəst ruhlu, macəraçı və optimistdir.
  10. ♑️ OĞLAQ Bürcü (22 dekabr – 19 yanvar): İntizamlı, məsuliyyətli və məqsədyönlüdür.
  11. ♒️ DOLÇA Bürcü (20 Yanvar – 18 Fevral): Yaradıcı, müstəqil və sosial məsələlərə həssasdır.
  12. ♓️ BALİQ Bürcü (19 fevral – 20 mart): Həssas, daxili və emosional bürcdür.

Astrologiyanı bir çox insanlar elm kimi dərindən digər bir qism insan isə əyləcəli məlumatlar kimi öyrənirlər. Bürclər şəxsi inkişaf və ya əyləncə məqsədləri üçün istifadə edilə bilər, lakin insanların real həyatdakı personajları mürəkkəb və çoxşaxəli olduğundan, hamını ümumi bir qəlibə sığdırmaq çətindir.

Dünyada kifayət qədər çox insan astrologiya inanır, hətta gündəlik bürcləri oxuyaraq ulduzların proqnozlarına əsasən hərəkət edirlər.

Əlaqəli yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Maralıdır
Close
Back to top button