22-28 iyul burcler
22 – 28 iyul 2024-cü il həftəsində sizi nələrin gözlədiyini düşünürsünüz?
Bu həftə səma həyatımızda olan balanssızlıqlar, səhvlər və yanlış təsəvvürlər səbəbiylə həyata keçirə bilmədiklərimizi həyata keçirmək və strukturlaşdırmaq üçün həyatımızda kişi və qadın enerjisini tarazlaşdırmalı olduğumuz mesajını verir.
22 – 28 iyul həftəsinin səma mesajları, kristal, yantra və nömrə ardıcıllığı bu videoda! Bundan əlavə, on iki Bürc işarəsinə xas olan sevgi, sağlamlıq, maliyyə və karyera ilə bağlı bütün inkişafları Astroloq Dr. Şenay Devinin təfərrüatlı təfsiri ilə…
♈️ QOÇ bürcü
Bu həftə yuxularınıza diqqət edin. İş həyatınızda çoxdan gözlədiyiniz layihələri həyata keçirə biləcəksiniz. Maddi məsələlərdə işinin əhli olan dostlarınızla məsləhətləşməyi unutmayın. Bu həftə sizin üçün uğurlu olacaqdır. Təmir işlərinə də başlaya bilərsiniz. Sağlamlığınızla bağlı problem yaşamayacaqsınız.
♉️ BUĞA Bürcü
Bu həftə ev almaq yaxud yeni bir mülk almaq gündəmdə ola bilər. Möcüzələrlə qarşılaşa bilərsiniz. Hədəflərinizi müəyyən edərək iş həyatınızı qaydaya qoya bilərsiniz. Ailənizə zaman ayıra və bundan xoşbəxt ola biləcəksiniz. Əlavə olaraq bu həftə heç gözləmədiyiniz anda əlinizə pul gələcək. Sağlamlığınıza diqqət edin, alergiya, dəri problemləri yaşayırsınızsa, bu problemlərdən şəfa tapa biləcəksiniz.
♊️ ƏKİZLƏR Bürcü
Bu həftə təhsil həyatında iddialı olacaqsınız. Sevgidə şanslı olacaqsınız. İş həyatında professional davranış sərgiləyərək heyəti heyran edə biləcəksiniz. Sizin fikirləriniz başqalarına ilham olacaqdır. Buna görə də çəkinməyin və layihələrinizi həyata keçirməyə çalışın. Özünüzə zaman ayırın, ətrafdakı insanları dəyərləndirə biləcəksiniz.
♋️ XƏRÇƏNG Bürcü
Sevgi həyatınızda dəyişiklik gözlənilir. Hissiyatınıza arxayın olaraq özünüzü inkişaf etdirə biləcəksiniz. İşinizlə əlaqəli məsələlərdə çalışın özünüzü düzgün ifadə edin ki, sonradan problem yaranmasın. Maddi və mənəvi olaraq bu həftə şanslı olacaqsınız. Ancaq çalışın ki, bədxərclik etməyəsiniz. Bu həftə öz sevginizi tapmaq şansınız yüksəkdir.
♌️ ŞİR Bürcü
Əziz Şirlər, bu həftə sizin olacaqdır. İş həyatınızda özünüzü göstərə bilərsiniz. Ağlınızdan istifadə edin. Bilmədiyiniz məsələlərdən uzaq durun, yatırımlar etməyin. Maddi olaraq çətinlik yaşaya bilərsiniz. Xərcləmələrə diqqət edin. Evli olanlar ailənizə zaman ayırın, subay Şirlər isə yeni bir sevgiyə yelkən aça bilər.
♍️ QİZ Bürcü
Hörmətli Qızlar, bu həftə arzularınızı, ehtiyaclarınızı həyata keçirə biləcəksiniz. Bu tarixlər sizin üçün uğurlu hesab oluna biləcək. Çünki gərginliklər aradan qaldırılacaq, məsələlər öz həllini tapacaq. Maddi olaraq düzgün qərar verə və gəlir əldə edəcəksiniz. Sağlam qidalanmaya keçməyiniz tövsiyyə olunur. Problemli bir şəxsi həyatınız varsa, bu problemlər həll olacaqdır.
♎️ TƏRƏZİ Bürcü
Sevgili Tərəzilər, bu həftə sizin həftənizdir. Sevgi həyatınız çox gözəl keçəcəkdir. Subay Tərəzilər yeni insanlarla tanışa bilər. Əlinizə pul keçəcəkdir ki, bu da sizi rahatladacaqdır. Maddi problem yaşamayacaqsınız. İş həyatınızda da hər şey qaydasında olacaqdır. Uşaq sahibi olmaq istəyənlər bu həftəni doğru dəyərləndirsinlər. Meditasiyalara zaman ayıra bilərsiniz. Bu sizə çox yaxşı gələcəkdir.
♏️ ƏQRƏB Bürcü
Dəyərli Əqrəblər, bu həftə işinizlə bağlı dəyişikliklər gözlənilir. Cəsarətli olub düzgün qərar verməyə çalışın. İnsanlarla, iş yoldaşlarınızla mübahisələrdən uzaq durun. Qərarsızlığınız varsa, maddi məsələlərdə diqqətli olun. Toksik bir münasibət ya da qohumluq əlaqələri varsa, sonlandıra bilərsiniz. Burun, boğaz və qulaq nahiyyələrinizə diqqət edin. Sağlamlıq problemləri yaşaya bilərsiniz.
♐️ OXATAN Bürcü
Əziz Oxatanlar, bu həftə hər bir sahədə güclü irəliləyişlər sizi gözləyir. Bu həftəyə önəm verin və qarşınıza çıxan şansları dəyərləndirin. Çünki şans sizdən yana olacaqdır. Özəl həyatınızda da bu şans sizinlə olacaqdır. Subay Oxatanlar axtardıqları sevgini tapacaq. Bu həftə gəlirinizi artıra biləcəksiniz. Meyvə və tərəvəzləri çox yeyin və suyu çox için. Sağlamlığınız üçün bunlar vacibdir.
♑️ OĞLAQ Bürcü
Dəyərli Oğlaq bu həftə qərar həftəsi olacaqdır. Diqqətinizi toplayın və nə istədiyinizə qərar verin. Heç kimsənin sizin həyatınızdan bir şeylər oğurlamasına imkan verməyin. Maddi gəlir əldə edəcəksiniz. Yatırım etməyi düşünürsünüzsə, bunu dəqiq araşdırıb sonra edin. Maddi və mənəvi olan bütün məsələlərdə köklənib dəyişiklik edə biləcəksiniz. Sizi narahat edən insanlardan uzaq durun. Yeni başlanğıclar edəcəksiniz. Sağlam həyat tərzi sizə yaxşı gələcək. Səbirli olun və şansları dəyərləndirin.
♒️ DOLÇA Bürcü
Bu həftə özəl həyatınız gündəmdə olacaq. iş həyatında yeni ortaqlıqlar qura bilərsiniz ki, bu sizi maddi olaraq rahatladacaq və həftə boyunca gərgin enerjilərdən uzaqlaşa biləcəksiniz. Maddi məsələlər ilə yaşanılan irəliləyişlər sizin üzünüzü güldürəcəkdir. Özəl həyatınızda problemlər görünmür.
♓️ BALİQ Bürcü
Əziz Balıqlar, bu həftə enerji dolu olacaqdır. Çalışma həyatınızda yaşanılan problemlər yox olacaqdır. Özəl həyatınızda da tarazlığı qoruya biləcəksiniz. Həftə boyunca maddi olaraq diqqətli olmalısınız, boş yerə pul xərcləməyin. Yeni çağrıldığınız müsahibələrdən yaxşı nəticələr əldə etməyiniz mümkündür.