Həftəlik bürclər

9-15 İyun bürclər: Həftəlik bürclər 2025

♈ Qoç

Bu həftə uzun zamandır gözlədiyin xəbərlər gələ bilər ✉️ Xaricə köçmək, viza məsələləri, akademik mövzular və ya təhsil başa çata bilər 🎓 27 maydan bəri sürüncədə olan məsələlər artıq aydınlaşır. Uzaq yola çıxmaq, yeni bir şəhərə ya da ölkəyə köçmək gündəmdə ola bilər 🌍

Ailə üzvlərindən biri imtahana girə bilər və nəticələri sevincli ola bilər. Kitab yazmaq, reklam işi görmək və sosial mediada layihələr paylaşmaq üçün çox gözəl dövrdür 💻 Satış və layihələr üçün yeni fürsətlər yarana bilər. Evin təmiri, daşınma və ya uşaqla bağlı planlar sürətlənə bilər. Gözlənilməz səyahətlər də mümkündür 🚗


♉ Buğa

Pul və maddi mövzularda bəzi məsələlər artıq netlik qazanacaq 💵 Gözlədiyin pul gələ bilər, kredit və ya miras məsələsi həll oluna bilər. Evin alqı-satqısı, kirayə və ya başqa bir gəlir mənbəyi ortaya çıxa bilər. Əməkdaşlıqları bitirib yeni anlaşmalar imzalaya bilərsən 📝

Ailənin içində də pul mövzusunda rahatlama ola bilər. Sağlamlıqla bağlı müsbət dəyişikliklər ola bilər 🩺 Venüs burcuna keçdiyi üçün özünü daha xoşbəxt, güvənli və gözəl hiss edə bilərsən. Özünə vaxt ayır!


♊ Əkizlər

Əlaqələr bu həftə gündəmdədir ❤️ Rəsmi bir müqavilə, evlilik qərarı və ya ortaq maliyyə planları qarşına çıxa bilər. Təklif ala və ya təklif edə bilərsən. İkitərəfli əlaqələrdə yeni başlanğıclar mümkündür.

Məhkəmə prosesi varsa, nəticəsi gələ bilər ⚖️ Uşağın təhsili ilə bağlı yeni qərarlar verilə bilər. İndi söhbətlərdə çözümə yönəlmək sənin xeyrinədir. Sosial çevrəndən dəstək ala bilərsən. Yeni işbirlikləri qurula bilər 🤝


♋ Xərçəng

Gündəlik həyatın, iş rejimin və sağlamlıq vərdişlərin dəyişə bilər 🧘‍♂️ Dolunayla birlikdə bəzi köhnə vərdişləri geridə qoymaq üçün fürsət yaranır. İş yerində dəyişikliklər, ayrılıqlar və ya yeni işə başlamaq gündəmdədir.

Rutin yoxlamalar və ya tibbi mövzularda addım atmaq üçün münasib vaxtdır 🩺 Uzaqdan təlimlər və ya iş təklifləri gələcək. İndi sadəcə gərəksiz yükündən azad ol və enerjini yenilə!


♌ Şir

Hobbilərindən pul qazanmaq və ya yeni istedadlarını kəşf etmək üçün əla həftədir 🖌️ Aşiq olmaq və ya münasibətləri dərinləşdirmək üçün emosional enerjin yüksələcək ❤️ Uşaqlarınla bağlı sevindirici xəbərlər ala bilərsən.

Yeniliklərə açıq ol – yeni iş təklifi, gəlirlərin artması və ya şəxsi inkişaf üçün fürsətlər qapını döyə bilər 📈 Ancaq tələskənlikdən çəkin, düşünülmüş planlarla irəlilə! Səyahət və istirahət üçün də uyğun həftədir.


♍ Qız

Bu həftə həm ailə, həm də karyera mövzularında əhəmiyyətli dəyişikliklər ola bilər 🏠 Ailənin gündəlik planları dəyişə bilər, birisi köçə bilər. Gayrimenkul ilə bağlı planların gerçəkləşə bilər.

Yeni bir iş və ya layihə qapını döyə bilər 📋 Ailə həyatı ilə bağlı mühüm qərarlar verə bilərsən. Özünə inamını artır və qarşıya qoyduğun məqsədləri gözdən keçir. Bu həftə sənə “böyümək” üçün gözəl fürsətlər gətirir 🌱


♎ Tərəzi

Yaxın ətraf, qohumlar və dostlarla əlaqələrin güclənir 📞 Zihnin aktiv olacaq, çox oxumaq, yazmaq, öyrənmək və fikirlərini paylaşmaq istəyəcəksən. Sınav, təhsil və ya hüquqi məsələlər tamamlanacaq.

Yeni bir iş təklifi və ya gözlədiyin bir cavab bu həftə gələ bilər ✉️ Bir səyahət planı da çıxa bilər. Sosial çevrəndə biri ilə ciddi bir söhbət və ya qarşıdurma yaşana bilər. Amma bu səni daha da aydınlaşdıracaq.


♏ Əqrəb

Pul mövzuları ön plandadır 💸 Gəlir və xərclərin daha aydın görünür. Yeni bir investisiya, kredit və ya ödəniş gündəmdə ola bilər. Əməkdaşlıqdan maliyyə dəstəyi görmək mümkündür.

Təhsil və ya karyera üçün maddi resurslar lazım ola bilər. Jüpiter sənə daha çox qazanc fürsətləri gətirə bilər 💼 Evin, mülk və ya digər dəyərli şeylərlə bağlı qərar vermək üçün uyğun həftədir.


♐ Oxatan

Bu həftə tam sənin həftəndir! 🌟 Dolunay sənin bürcündə baş verir və həyatında yeni mərhələ açılır. Karyera, xarici əlaqələr və şəxsi məqsədlərlə bağlı yeni başlanğıclar ola bilər. Enerjin yüksəkdir!

Özünü daha çox tanıyacaq, yeni qərarlar verəcəksən. Duyğusal həyatında dönüş nöqtəsi yaşana bilər ❤️ Bəzi insanlar həyatından çıxacaq, yeni insanlar daxil olacaq. Fiziki və mənəvi olaraq yenilənirsən.


♑ Oğlaq

İçinə dönmək, rahatlıq tapmaq və gizli qalanları aşkara çıxarmaq üçün bir zamandasınız 🌌 Həqiqətlə üzləşməkdən çəkinmə. Gözlənilməz mövzularda açılma və ya gizli söhbətlər gündəmə gələ bilər.

Köhnə vərdişlərdən qurtulmaq, zərərli davranışları buraxmaq üçün bu həftə ideal vaxtdır 🚭 Sağlamlığını gözdən keçir və özün üçün yaxşılıq et. Təhsil və karyera planları da formalaşa bilər.


♒ Dolça

Sosial həyatın canlanır, tədbirlər, dəvətlər və dostlarla planlar çoxalır 🎉 Bir layihənin nəticəsi gələ bilər və ya yeni bir komandaya daxil ola bilərsən. Əməkdaşlıqlar və işbirlikləri möhkəmlənir.

Yeni insanlar tanıya, bir dostla aranı düzəldə bilərsən. Romantik və sosial münasibətlərdə müsbət inkişaflar gözlənilir ❤️ Ancaq bəzi xəyalları gerçəyə uyğunlaşdırmağın lazım ola bilər.


♓ Balıq

Karyera ilə bağlı parlaq bir həftədir 🌟 İş axtarırsansa, yeni fürsət çıxa bilər. İndiki işində yüksəliş və ya yeni bir məsuliyyət verilə bilər. Ailəyə və evə daha çox zaman ayırmaq istəyəcəksən.

Evdə dəyişiklik, köç və ya evliliyə qərar vermək gündəmə gələ bilər 🏡 Həyatının istiqamətini dəyişdirəcək qərarların başlanğıcı ola bilər. Şəxsi inkişafın üçün cəsarətli addımlar at!


Əlaqəli yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button