Tərəzi bürcü ♎️

Tərəzi bürcü kişi

Ən anlayışlı kişilərin BÜRCLƏRİ - Ajmedia.info

Hakim planeti Venera olan Tərəzi, planetin təmsili kimi dəbdəbəni və sevgini sevməsi ilə tanınır. Eyni zamanda həm fiziki, həm də xaraktercə cəlbedici quruluşları ilə diqqət çəkirlər. Girdikləri mühitdə görünüşləri və ünsiyyətləri ilə dərhal bütün gözləri cəlb edir və cəmiyyətdə fərqlənən, öncül olma xüsusiyyətinə malikdirlər. Bürclər sabit, lider və dəyişkən olaraq qruplaşdırılır. Tərəzi də lider bürclər qrupundadır. Bu, təbii olaraq işarənin ümumi xüsusiyyətlərinə təsir göstərir. Tərəzilər öncül təbiətləri ilə olduqları mühitlərdə və qruplarda fikirlərini ön plana çıxarmaq və yaxşı ünsiyyətçi olmaq qabiliyyətinə malikdirlər. Eyni zamanda, Bürcün simvolu kimi Tərəzilər də tarazlığa və harmoniyaya böyük əhəmiyyət verirlər. Həyatlarının hər bir sahəsində balanslı, ədalətli, rasional və məntiqli olmaları onların xüsusiyyətlərini müəyyən edən əsasdır.

Tərəzi Venera tərəfindən idarə olunan hava bürcüdür. Bütün Tərəzi kişiləri sülhsevərdirlər. Onlar hər kəsin bir araya gəlməsini istəyir, ona görə də sözlərini diqqətlə seçirlər. Tərəzilər hər kəsin hər zaman xoşbəxt olmasını istəyir. Güclü ədalət hissi var, buna görə də yalançılara və fırıldaqçılara dözə bilmirlər. Tərəzi kişisi dünyanın ədalətli olmasını gözləyir. Ona görə də onlar ədalət tərəzisini təmsil edirlər.

Tərəzi adamı olduqca qərarsızdır. Tərəzi kişisinin qətiyyətsizliyi onun həyatının demək olar ki, hər bir hissəsinə təsir edir. Tərəzi kişiləri böyük qərarlar qəbul edərkən, münasibətə və ya işə başlayarkən daim qərarsızlıq yaşayırlar.

Tərəzi adamı daim iki seçim arasında çətinlik çəkir.

Estetik qavrayışı yüksək olan Tərəzi kişisi hər zaman ən gözəlini axtarır. Estetik stimullara açıq olan Tərəzi kişisi üçün detallar da çox önəmlidir.

Tərəzi kişiləri ünsiyyətdə çox güclüdürlər. Demək olar ki, hər mühitə uyğunlaşa bilən Tərəzi kişisi münasibətlərində romantik sürprizlər etməyi çox sevir.

Tərəzi kişiləri hər kəsin ən yaxşı tərəfini görürlər. Onlar hər zaman hər kəsə ikinci şans verirlər, çünki insanların dəyişə biləcəyinə inanırlar. Ona görə də hamı ilə asanlıqla dostluq edirlər. Onlar sadəlövhdürlər və bağışlanmağa layiq olmayan insanlara ikinci şans verirlər.

Tərəzilər dostluq və ya əlaqəni nə vaxt bitirəcəklərini heç vaxt bilmirlər. Onlar üçün özəl birisindən vaz keçə bilmədikləri üçün uzun müddət ziyanlı münasibətdə qala bilirlər.Tərəzi bürcü kişiləri qərarsızdırlar. Onların bir qərara gəlməsi çox vaxt apara bilər. Onlar tam olaraq nə istədiklərinə əmin deyillər, buna görə də düşüncələri daim dəyişir. Tərəzilərə etibar etmək çətindir, çünki onlar nadir hallarda vədlərinə əməl edirlər. Onlar indi dediklərinində ciddi ola bilərlər, amma sonda fikirlərini dəyişəcəklər. Tərəzilər son anda planları ləğv etmək və ya dəyişdirmək xasiyyətləri  ilə də tanınırlar.

Tərəzi kişilərinin xoşlamadıqları
Tərəzi kişiləri hər cür tənqidə nifrət edirlər. Onlar mükəmməlliyə meyllidirlər, buna görə də qərar qəbul etmək çox uzun çəkir. Səhv seçim etmək və peşman olmaq istəmirlər. Tərəzi kişisi səhv etdikdə, o, daxilən əziyyət çəkəcək. Tərəzi kişiləri qərar vermək istəmədikləri üçün lider olmağı sevmirlər.

Tərəzi kişisinin sevgisi:

Tərəzi adamı son dərəcə zövqlü bir xasiyyətə malikdir. Gözəl olan hər şeyi bəyənir. Başqasının hisslərini özününkü kimi qiymətləndirir. O, yalana nifrət edir və dürüst olmağa çalışır. Sözlərinin arxasında dayana bilən gözəl, xoş niyyətli insandır. O, qarşı tərəfin də onun kimi davranmasını gözləyir. Məsələn, yumşaq səs tonu ilə danışır, sakitdir və qarşıdakı insanda bu xüsusiyyətlərin olmasını istəyir. Həmişə qarşı tərədən xoş sözlər eşitməyi istər.

Tərəzi kişisi balanslıdır və çox yüksək danışıq qabiliyyətinə malikdir. Tərəzi kişi qadınların heyranlığını asanlıqla qazanır. Qadınların ən çox bəyəndiyi kişidir. O, sevgiyə böyük əhəmiyyət verir və qadınların ruhunu çox gözəl anlayır. Tərəzi kişisinin çox dəyişkən olduğunu söyləməyə dəyər. Birlikdə olduğu qadını sevir və bacardığı qədər onu xoşbəxt edir. Daha sonra macəralara davam edir. Bu səbəbdən çox etibarlı olduğunu söyləmək olmaz. Ancaq qadının xoş cazibəsi varsa, gözəl və qəşəngdirsə, onu ömür boyu yanında saxlaya bilər.

Tərəzi kişisi pula çox əhəmiyyət vermir, onun üçün gözəllik hər şeydən önəmlidir. Münasibətlərində qeyri-məhdud pul xərcləyə bilir və hər xərci öz üzərinə götürməkdən çəkinmir. Nə qədər ki, onun ehtiraslı münasibəti var, vacib olan budur. Evlilik həyatında heç bir çətinlik çəkmir. Həyat yoldaşı ilə mükəmməl bir həyat qurmaq üçün əlindən gələni edir. Gözəlliyə və rahatlığa sahib olmaq arzusu sayəsində pul xərcləməkdən çəkinmir.

Tərəzi kişisini necə cəlb etmək olar?

Tərəzi kişisini heyran etmək istəyirsinizsə, passiv qadın olmamalı, geyiminizə və bədən quruluşunuza fikir verməlisiniz. Tərəzi kişisini tərifləmək sizin üçün bir üstünlük olacaq. Bəyənəcəyi cümlələr söyləyərək onu heyran edə bilərsiniz. Tərəzi kişiləri davranışa da önəm verirlər. Odur ki, fiziki cəhətdən gözəl olsanız belə, xüsusi davranış qaydalarına əhəmiyyət verməsəniz, Tərəzi kişisini heyran edə bilməyəcəksiniz.

Tərəzi kişisi olduqca comərd bir aşiqdir. Tipik tərəzi kişisi məmnun etmədə və məmnun olmağı çox sevər.

O aşiq olduqda sevgilisini evlənəcəyi biri kimi görür. Sevildiyini hiss etməyi çox sevər amma eyni zamanda öz sevgisini də göstərməyə hazırdır.

Qadın ruhunu onun qədər yaxşı anlayan, qadınlara istədiyi kimi davranan ikinci kişi çox azdır. Necə geyinməyi, danışmağı, harada və necə davranmağı çox yaxşı bilən Tərəzi kişisini yanında saxlamaq çox çətindir. Onu əldə etmək çox çətin olmaya bilər, amma marağını qorumaq hər qadının edə biləcəyi iş deyil. O, əsl istirahət adamıdır. Özü kimi qadın istəyir. Birlikdə olduğu qadın baxımlı, gözəl, ağıllı, mehriban, bir sözlə, gəzdirməkdən zövq alacağı biri olmalıdır. Bu qadın həyatla bağlı bütün darıxdırıcı, çətin və rutin işləri öz üzərinə götürərkən həmişə üzündə təbəssüm saxlamalı, bütün bunları edərkən dünyanın gözəlliklərini nimçədə kişisinə təqdim etməyi bacarmalıdır.

Tərəzilərin gündəlik sevgi təfsiri hər gün fərqli bir melodiya çala bilər. Çünki həyat həmişə tarazlıq və sülh gözləntilərini qarşılayacaq qədər yaxşı getməyə bilər. Tərəzilər eşqdə tarazlıq saxlaya bilməyəcəklərini və ya sülh tapa bilməyəcəklərini başa düşsələr, birdən geri çəkiləcəklər. Nə edəcəyini bilməyən Tərəzi bürcünün edəcəyi ilk şey heç bir şey etməməyə diqqət etməkdir. Başqa sözlə, tanışlıq zamanı kiçik mübahisə etdiyiniz Tərəzi kişisi sizə günlərlə mesaj yazmırsa, bunun səbəbi nə edəcəyini dəqiq bilmədiyi üçün hərəkətsiz qalmağı seçməsidir.

Qadınların Tərəzi kişisini özlərinə bağlaması mümkün olmayacaq. Bunun nə qədər çətin olduğunu dərk etmirlər. Flört etməyi çox sevən bu adam alovlu, bəzən də uzaq münasibəti ilə bəzən qəliz görünə bilər və partnyorunu incidə bilər. Amma bununla bağlı təəssüf ki, əldən hec nə gəlmir. Onlar həmişə həyatlarında tarazlıqlarını tapmaqda çətinlik çəkə bilərlər.

Tərəzi kişisi evinin qayğısına qalır və həyat yoldaşına onu sevdiyi qədər hörmət edir. Uşağının qayğısına qalır. Bununla belə, Tərəzi atası uşağın bütün problemlərini partnyorunun üzərinə atmağa meylli ola bilər. Uşaqları ilə oyun oynamağı, əylənməyi və alış-veriş etməyi sevir. İşdən qayıdanda yatmış uşağını öpməyi də unutmur. Həyat yoldaşı onun uzaq qaçdığı şeylərlə məşğul olsa da, o öz əyləncəsində ola bilər.

Tərəzilər əlverişli olanı sevirlər: uyğun partnyor, uyğun məktəb, uyğun peşə, uyğun ev… Bu səbəbdən də bəzən öz istəklərinə və düşüncələrinə zidd olan insanlara qarşı mühakiməedici münasibət sərgiləyə bilirlər. Onlar tələbkardırlar, arzulanmaq və sevilmək istəyirlər və yazılmamış qaydalarına uyğun davranılmasını gözləyirlər. Sevdikləri insanlara duyğularını bildirməzdən əvvəl, onlar tərəfindən rədd edilməsinə səbəb ola biləcək hər elementi aradan qaldırmağa çalışırlar.

 Məntiqli və rasional xarakterləri ilə diqqət çəkən Tərəzi kişiləri iş həyatında uğura imza atmaları ilə diqqət çəkir və müvəffəqiyyətə tez çatırlar. Ahəngdar ünsiyyətləri sayəsində həyatlarının hər sahəsində seçilməyi və diqqət çəkməyi bacarırlar. Amma Tərəzi kişisinin ən diqqət çəkən xüsusiyyəti; onun şən xasiyyətidir. Təbiətən şən  olsalar da, həm də duyğusaldırlar və mülayim təbiətləri ilə olduqları mühitə əyləncə gətirirlər.

Aşiq olan Tərəzi kişisi son dərəcə cəlbedici olur. Özü kimi gözəl şeylərdən həzz alan qəşəng, gözəl və ağıllı bir qadın tapmaq istəyir. Mübahisələrə nifrət edir, ona görə də çətin vəziyyətlərin öhdəsindən əsəbiləşmədən gələn qadın lazımdır. O, bir anda sizdən uzaqlaşa bilər və ya bir anda sizə aşiq ola bilər. Aşiq olanda onun aşiq olduğunu başa düşmək asandır, çünki sənə qarşı hərəkətləri nizamsızdır.

Tərəzi kişisi hörmətli, mehriban və həssas davranışı ilə insanların qəlbini fəth edir. Ancaq bu vəziyyətin sabit qalması üçün həyatda tarazlığa nail olmaq çox vacibdir. Duygusal və fiziki tarazlığı olmayan Tərəzi kişisi, ətrafı ilə nə qədər xoşbəxt olsa da, uzaqlaşmaq istəyəcək. Bu, ətrafındakıların balanssız və qərarsız Tərəzi kişisi görməsinə səbəb olur. Onlar tarazlıqlarını bərpa etdikcə “çətin insanlar” olmaqdan əl çəkib, şən vəziyyətlərinə qayıdırlar.

Bu adamdan çoxlu məsləhətlər alacaqsınız. Problemlərinizi böyük məmnuniyyətlə dinləyəcək və sizə kömək etmək üçün bütün imkanlarından istifadə edəcək. Sizi özünəməxsus məntiq gücünün təsiri altına alacaq. Onun inandırma qabiliyyəti çox yüksəkdir. Onun yanında olanda köhnə xəyal qırıqlıqlarını unudacaqsan.O sənə gülümsədiyi an bütün dünyanın ayağının altında olduğunu hiss edəcəksən, sanki içindəki bir şey qopacaq və özünü çox fərqli dünyaların altında tapacaqsan. Ancaq Veneranın təsiri altında olan bu insanla sevginizin sonsuza qədər davam edəcəyinə inanacaq qədər sadəlövh olmayın. Sizi incitmədən qaçmağa çalışa bilər. Çünki münasibətlərdən vaxt itirmədən uzaqlaşmaq istəyirlər və sevgilərini hər zaman ən gözəl xatirələrlə xatırlamaq istəyirlər. Tərəzi kişisi yüz yaşında olsa belə, əks cinsə olan marağını itirməyəcəyi üçün həmişə qadınların əhatəsində olacaq. Bürcün sevişmə sənətini çox yaxşı bilən bu kişinin qarşısında heç bir qadının biganə qala bilməyəcəyi şübhəsizdir. Amma maraqlısı odur ki, onlar ayrılanda sevgililəri ilə dost qala bilən nadir insanlardır.

Mənfi xüsusiyyətləri

Tərəzi kişiləri pul xərcləməkdə çox israfçı olurlar. Onlar passiv xarakterlərinə görə həmişə qərar verməkdə çətinlik çəkirlər. Qadınbaz olmağa meyllidirlər və çox asanlıqla aşiq ola bilərlər. Onlar təvazökarlığı və dəbdəbəli həyatı sevirlər. Onlar sevgi və evliliyə tələsməyə meyllidirlər.

Tərəzi bürcü kişiləri qərarsızdırlar. Onların bir qərara gəlməsi çox vaxt apara bilər. Onlar tam olaraq nə istədiklərinə əmin deyillər, buna görə də düşüncələri daim dəyişir. Tərəzilərə etibar etmək çətindir, çünki onlar nadir hallarda vədlərinə əməl edirlər.

Tərəzi kişisi həssas və sosialdır. Tərəzi kişisi həmişə qadınının yanında olmaq və vaxt keçirmək üçün ümumi yerlər tapmaq istəyir. Münasibətlərində özünü təhlükəsiz hiss etmək istəyir.Tərəzi kişisi eşq həyatında qarşılıqlı asılılığın və bərabər tarazlığın olduğu bir əlaqə arzulayır.

İnsanlarla münasibətlərində çox uğurlu olan Tərəzi kişisi istədiyi hər kəsi məmnun edə bilər. Onun sülhsevər cəhəti ona uzunmüddətli və dərin dostluqlar qurmağa imkan verir. Dostları onun həyatında mühüm yer tutur. Dəyər verdiyi faktlardan və insanlardan asanlıqla vaz keçmir. Problemlərə qarşı həssasdır və məntiqi  həllər vasitəsilə aradan qaldırmağa çalışır.

Əlaqəli yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button