
May Ayı Bürclər 2025
May ayı bürclər ilə tanış ola bilərsiniz.
♈ Qoç bürcü
Mayın əvvəlində bir az gərgin ola bilərsən, sevgili Qoç! ☁️ Düşüncələrin qarışa bilər, xüsusilə də rəhbərlikdə olan insanlardan dəstək gözləyirsənsə. Amma narahat olma, 3 may tarixində gözləmədiyin yeni fürsətlər qapını döyə bilər! ✨
5 maydan sonra pula və qazanca fokuslanırsan. Daha ağıllı və praktik qərarlar verə biləcəksən. 8, 16, 17 və 18 mayda maliyyə baxımından uğurlu addımlar ata bilərsən. Əlində gözlənilməz pul ola bilər – ya qazanc, ya da borc ödəməsi kimi.
15 mayda gözəl xəbər: Venüs Buğa bürcünə keçir və bu da sənin qazancını artıra bilər! Pul qazanmaq və gözəl əşyalara sahib olmaq istəyə bilərsən.
16 maydan sonra diqqətin ailəyə yönəlir. Amma ailə içində bir az alıngan ola bilərsən, buna görə diqqətli ol. 18 mayda isə gözlənilməz pul məsələsi ortaya çıxa bilər.
21 maydan etibarən danışmaq, yazmaq, paylaşmaq vaxtıdır! 🗣️ Sosial media, reklam və satışla bağlı işlərdə aktiv ola bilərsən. Əgər tələbəsənsə, dərslərinə daha çox fokuslana bilərsən.
♉ Buğa bürcü
Sevgili Buğa, may ayı sənin ayındır! 🌟 Ayın əvvəlində ailə ilə bağlı planlarını qura bilərsən. Pul məsələlərində bir az şübhəli davransan da, bu narahatlığı geridə qoyacaqsan.
5 mayda baş verəcək yeniay sənin üçün yenilənmə deməkdir. Yeni qərarlar verə, işə və şəxsi həyatda addımlar ata bilərsən. 6 maydan sonra planlarını daha rahat paylaşacaq və insanlarla daha yaxşı ünsiyyət quracaqsan.
15 maydan sonra Venüs sənin bürcünə keçir – bu da gözəllik, harmoniya və rahatlıq deməkdir! İstəyirsənsə, bu dövrdə görünüşünü dəyişdirə və ya estetik prosedurlar etdirə bilərsən. ✂️
16 maydan sonra ünsiyyətdə bir az gərginlik yaşana bilər. Sosial mediada paylaşım edərkən diqqətli ol!
18 maydakı Dolunay münasibətlərinə təsir edə bilər. Əgər həyatında biri varsa, bu dövrdə münasibətinizdə vacib qərarlar ala bilərsiniz. Sevgili axtarırsansa, bu dövrdə biri ilə tanış ola bilərsən!
21 maydan sonra pul məsələləri ön plana keçir. Gəlirin arta bilər, yeni sifarişlər, satışlar ola bilər. Amma 30 mayda riskli qərarlar vermə.
♊ Əkizlər bürcü
Sevgili Əkizlər, ayın əvvəlində bir az tələsik davranmaq istəsən də, nəticə istədiyin kimi olmayacaq. Özəlliklə pul və dostlarla bağlı məsələlərdə diqqətli olmalısan. 1–2 may tarixlərinə fikir ver!
Amma 3 maydan sonra vəziyyət düzəlir. Gözləmədiyin yerdən təkliflər ala bilərsən. 5 mayda baş verəcək yeniayda böyük qərar verməkdənsə, plan qurmağa üstünlük ver.
6 maydan sonra bir az iç dünyana çəkiləcəksən. Hər kəslə hər sirrini paylaşma, çünki arxanca danışanlar ola bilər. 15 maydan sonra ruhsal olaraq güclənmək istəyəcəksən.
16 maydan sonra pul məsələləri önə çıxır. Evə və ailəyə xərclərin arta bilər. Qərar vermədən öncə bir az sakitləş.
18 maydakı Dolunay iş həyatında gərginlik yarada bilər. Yanında işlədiyin və ya sənə rəhbərlik edən insanlarla anlaşılmazlıqlar ola bilər. Sağlığına da diqqət et!
21 maydan sonra həyatın rənglənir! ✨ Gülərüz, enerjili və sosial olacaqsan. Planlarını paylaşmaq, dostlarınla vaxt keçirmək üçün əla zamandır. Amma 30 mayda işlə bağlı qərarları diqqətlə ver.
♋ Xərçəng bürcü
May ayına iş və şəxsi həyatdakı dəyişikliklərlə girirsən, sevgili Xərçəng! ❤️ Fikirlərinin dəstəklənmədiyini hiss edə bilərsən, amma bu səni ruhdan salmasın. Xüsusilə 1–2 və 7–9 may tarixlərində ehtiyatlı ol.
5 mayda baş verəcək yeniay dostlarınla bağlı yeniliklər gətirə bilər. Yeni mühitlərə girə, yeni insanlarla tanış ola bilərsən. Davet, tədbir, təşkilat planların varsa, bu tarixdən sonra hərəkətə keç!
6 maydan sonra sosial çevrənlə ünsiyyətin artacaq. 15 maydan sonra girdiyin ortamlarda daha çox diqqət çəkəcəksən və yeni dostluqlar qura biləcəksən.
16 maydan sonra enerjini ailəyə və şəxsi məsələlərə yönəldə bilərsən. 16–18 may tarixlərində yeni bir münasibət başlayarsa, uzunömürlü ola bilər.
18 may Dolunayı isə sənə eşq gətirə bilər! Yeni tanışlıq, flört və ya bir dostunun münasibət xəbəri gündəmə gələ bilər. Əgər sənətdə və yaradıcı işlə məşğulsansa, nəticələr sevindirici olacaq.
21 maydan sonra bir az geri çəkiləcək və dinclik axtaracaqsan. Öz işlərinə fokuslanmaq üçün əla zamandır, amma ictimaiyyət qarşısında olmalı olduğun işlər səni yora bilər. Ruhunu dinlə və enerjini yenilə.