
Yuxuda qurd gormek
Yuxuda qurd görmək – fərqli mənalar daşıyan simvollardan biridir və çox vaxt insanın iç dünyasında baş verən narahatlıqlar, qorxular, eləcə də ətrafındakı təhlükəli və ya ikiüzlü insanlarla əlaqələndirilir. Qurd yuxularda həm fiziki zəiflik, həm də emosional narahatlıq kimi yozula bilər. Lakin bu yuxunun dəqiq mənası qurdun necə göründüyünə, harada və hansı şəraitdə ortaya çıxmasına görə dəyişir.
Əgər yuxuda qurd bədəninizdədirsə, bu, sizi içdən-içə narahat edən, lakin dilə gətirmədiyiniz bir vəziyyətin və ya hissin təzahürüdür. Bu yuxu həm də vicdan əzabı, gizli narazılıq, ya da emosional olaraq sizi içdən yeyən bir düşüncə ilə bağlı ola bilər. Qurdun bədəndən çıxması isə bu mənfi haldan xilas olmağın başlanğıcı kimi yozulur.
Əgər yerdə sürünən və ya yeməyə düşmüş qurd görürsünüzsə, bu, sizi narahat edən və ya dəyərsizləşdirən bir insanın varlığına işarə edə bilər. Bu insanlar çox vaxt özlərini yaxşı göstərən, lakin arxada pislik edənlər kimi simvollaşdırılır.
Qurdun mevyənin və ya pomidorun içindən çıxması, çox gözəl görünən bir vəziyyətin içində gizli bir xəta və ya təxribatın olduğunu göstərir. Bu, aldanmaqdan və həddindən artıq güvənməkdən çəkinmək lazım olduğuna işarədir.
Bəzi hallarda isə yuxuda qurd görmək insanın öz daxili çatışmazlıqlarına diqqət yetirməsinin, keçmiş travmalarla üzləşməsinin və ya daxili təmizlənmə prosesinə ehtiyacının göstəricisi ola bilər.