
29 Yanvar bürclər 2025
29 Yanvar bürclər qarşınızdadır. Buyurun, tanış olun.
Qoç 
Bu gün sosial əlaqələriniz və gələcək planlarınız gündəmdədir. Fikirlərinizi ortaya qoyarkən heç kimin dəstəyinə ehtiyacınız olmadığını bilin. Ruhən yeni başlanğıclara hazırsınız.
Buğa 
Bu gün iş görüşmələrinizlə əlaqədar gərgin bir gün ola bilər. Gözlənilməz hadisələr gündəmə gələ bilər, sakitliyinizi qoruyun. Əhəmiyyətli görüşlərdə istədiyiniz nəticələri əldə etmək çətin görünür.
Əkizlər 
Bu gün münasibətlər və razılaşmalar baxımından müsbət bir gündəsiniz. Təhsil, ticarət, hüquq və səyahətlərlə bağlı yeni başlanğıclar edə bilərsiniz. İş həyatınızda və maddi məsələlərdə dəstəkləyici təsirlər var.
Xərçəng 
Bu gün iqtisadi məsələlər gündəmdə ola bilər. Gözlənilməz hadisələr yaşaya bilərsiniz. Riskli məsələlərə addım atmayın və ailə ilə gərginliklərdən qaçının.
Şir 
Bu gün şəxsi həyatınızda və münasibətlərinizdə gərginlik ola bilər. Məsələləri böyütmədən həll etmək sizin əlinizdədir. İnsanlarla münasibətlərinizi yaxşılaşdırmağa çalışın və takıntılarınızı aradan qaldırın.
Qız 
Gündəlik həyatınızla bağlı dəyişiklikləri həyata keçirmək üçün uyğun bir gündür. Amma bu gün verdiyiniz qərarların üzərindən yenidən keçmək məcburiyyətində qala bilərsiniz.
Tərəzi 
Münasibətlər və yeni başlanğıclar üçün əla bir gündür. Fikirlərinizlə uyum tapa biləcəyiniz insanlarla tanış ola bilərsiniz. Xarici görünüşünüzdə dəyişiklik etmək istəyiniz arta bilər.
Əqrəb 
Yaxınlarınızla bağlı narahat edici hadisələr sizi düşündürə bilər. Münasibətlərinizi çox da zorlamayın. Başınızı qatacaq fəaliyyətlərə yönəlmək faydalı ola bilər.
Oxatan 
Bu gün təhsil, səyahət və sosial əlaqələr baxımından uğurlu bir gündür. Dostlarınızla uyum içində vaxt keçirə bilərsiniz. Özünüzə güvənmək bu gün sizin ən böyük motivasiyanız olacaq.
Oğlaq 
Bu gün məsələlərə yanaşma tərziniz fərqli ola bilər. Məqsədlərinizi dəqiq müəyyənləşdirin və səbirli olun. Qabiliyyətlərinizi düzgün şəkildə ortaya qoyma yollarını tapın.
Dolça 
Həyatınızın hər sahəsində yeni başlanğıclara hazırsınız. Fikirlərinizi qətiyyətlə həyata keçirmək üçün yaxşı fürsətlər yaranacaq. İşlərinizi sistemli bir şəkildə irəlilədin.
Balıq 
Bu gün özünüzlə baş-başa qalmaq və düşünmək istəyəcəksiniz. Sağlamlıq məsələləri gündəmə gələ bilər. Reallıqlardan qaçmayın və sizi narahat edən kütlələrdən uzaq durmağa çalışın.