
29 Sentyabr – 5 Oktyabr Bürclər
Həftəlik bürclər (29 sentyabr – 5 oktyabr)
♈ Qoç
Sevimli Qoç 😊 Mars 4 noyabra qədər Əqrəb bürcündə olacaq. Bu, sənin enerjini daha çox iç dünyana yönəldəcək. Bəzi gizli qalan mövzular üzə çıxa bilər, özünü krizləri həll etməyə məcbur hiss edə bilərsən. Həyatında uzunmüddətli dəyişikliklər – həm itkilər, həm də qazanc şəklində ola bilər. Bu dövrdə qorxu, narahatlıq və əsassız fikirlərdən uzaq durmalısan. İlişkilərdə əsassız şübhələr qurma, əsəbi reaksiya vermə. Verdiyin sözlərə diqqət et, çünki tutmayacağın sözlər sonda problem yarada bilər.
Bu həftə maddi məsələlər daha çox gündəmdə olacaq. Ortaq gəlirlər, ailə ilə paylaşdığın pul, miras, sığorta, kredit və ya təzminat məsələləri önə çıxa bilər. Uzun müddət gözlədiyin bir satış və ya alım gerçəkləşə bilər. İş həyatında isə yeni imkanlar açılır. Mövqeyini dəyişə bilər, iş görüşməsinə qatıla bilər və ya yeni bir təklif ala bilərsən. İş birliyi qurmaq, ortaq layihələrə başlamaq və ya şəxsi münasibətlərdə ciddi addım atmaq (məsələn, nişan və ya evlilik) gündəmdə ola bilər.
♉ Buğa
Sevimli Buğa 🐂 Mars 4 noyabra qədər münasibətlər sahəndə olacaq. Bu o deməkdir ki, bu müddətdə sevgi və evlilik məsələlərində həlledici qərarlar verə bilərsən. Münasibətlərində artıq “tamam ya da davam” dönəmi gəlir. Əgər partnyorunla aranda qısqanclıq və şübhə varsa, münaqişə yaşana bilər. Bu həftə Güney Ay düyümü ilə Venera birləşir, bu da eşq həyatını sınaqdan keçirə bilər. Keçmişdən biri qarşına çıxa bilər. Sosial və iş mühitində bəzi insanlarla qarşıdurmalar ola bilər, gizli düşmənliklər ortaya çıxa bilər.
Əməkdaşlıq etdiyin insanlarla ünsiyyətində diqqətli olmalısan. Danışanda ifrata varmaqdan qaçın. Günəş Tərəzi bürcündədir və bu, sənin sağlamlığın, qidalanma və gündəlik həyat vərdişlərin mövzusuna diqqət tələb edir. Bu həftə alım-satım, yeni iş müqavilələri və ya iş dəyişikliyi gündəmdə ola bilər. Öz işini qurmaq istəyirsənsə, gözəl imkanlar var. Maddi tərəfdən sürpriz gəlirlər ola bilər. Əgər tək Buğasan, yeni tanışlıqlar və qarşılaşmalar mümkündür.
♊ Əkizlər
Sevimli Əkizlər 👯 Mars 4 noyabra qədər sənin iş və peşə həyatını canlandıracaq. Bu müddətdə yeni iş təklifləri ala bilər, mövqeyini dəyişə bilər və ya əvvəllər etdiyin müraciətlərdən müsbət cavab ala bilərsən. Həm də gündəlik işlər çoxala bilər. Bir tərəfdən xırda, yorucu tapşırıqlar, digər tərəfdən işdə məsuliyyətlərin artacaq. Əgər öz işini qurmaq istəyirsənsə, indi uyğun zamandır. İş mühitində isə gərginliklərə qarşı soyuqqanlı davranmağa çalış.
Eyni zamanda şəxsi həyatında da hərəkətlilik ola bilər. Yeni tanışlıqlar, maraqlı görüşlər və sosial dairənin genişlənməsi gözlənilir. Əgər övladın varsa, bu həftə onlarla ünsiyyətində diqqətli olmalısan. Çünki Merkür və Yupiterin qarşıdurması ünsiyyətdə gərginlik yarada bilər. Əlavə xərclər ola bilər, buna görə də maliyyəni ehtiyatla idarə et.
♋ Xərçəng
Sevimli Xərçəng 🦀 Mars 4 noyabra qədər Əqrəb bürcündə olacaq və bu, sənə həm motivasiya, həm də cəsarət gətirəcək. Uzun müddət qarışıq qalan mövzular aydınlığa qovuşacaq. Sevgi həyatında gözlənilməz dəyişikliklər ola bilər. Əgər tək Xərçəngsənsə, ciddi və tutkulu bir eşq başlaya bilər. İlişkilərdə qısqanclıq və şübhələr ola bilər, amma bunlara qapılmamaq lazımdır. Əgər övladların varsa, onların məsuliyyətləri artır. Ailə daxilində hamiləlik xəbəri də gələ bilər.
Sosial həyatın da canlanır. Yeni insanlarla tanış ola bilər, dost çevrəndə rekabet hiss edə bilərsən. Hobbilərindən pul qazana bilər və istedadlarını dəyərləndirə bilərsən. Ancaq bu həftə investisiya və riskli maliyyə addımlarından qaçın. Eyni zamanda, miras, təzminat və ya ailə maliyyəsi ilə bağlı məsələlər həll oluna bilər. İş birliyi və yeni müqavilələr gündəmə gələ bilər.
♌ Şir
Sevimli Şir 🦁 Mars Əqrəb bürcünə keçdi və 4 noyabra qədər sənin karyera hədəflərini hərəkətə keçirəcək. Bu müddətdə yeni başlanğıclar edə bilərsən. Ev və ailə mövzuları da gündəmdədir. Evinlə bağlı təmir, dəyişiklik və ya köç məsələləri ola bilər. Təhsil, xarici ölkələrlə əlaqələr və yeni müqavilələr gündəmə gələ bilər. İş həyatında sürpriz görüşmələr və əməkdaşlıqlar ola bilər. Ailə içində isə mübahisələrə qarşı diqqətli olmalısan.
Günəş Tərəzi bürcündədir və bu, ünsiyyətini, görüşmələrini və iş əlaqələrini artıracaq. Qısa səfərlər, yeni tanışlıqlar mümkündür. Əmlak alqı-satqısı, miras, vergi, sığorta və kredit mövzuları həll ola bilər. Bu həftə həmçinin həkim müayinələri, müalicə və sağlamlıqla bağlı mövzular gündəmə gələ bilər. Uzunmüddətli müqavilə imzalayacaqsansa, detalları diqqətlə oxu.
♍ Qız
Sevimli Qız 🌿 Mars 4 noyabra qədər yaxın çevrəndə olacaq. Qardaş, bacı, qohum və dostlarla bağlı xəbərlər gələ bilər. Ətrafındakı insanlarla münasibətlərdə rəqabət və anlaşmazlıqlar ola bilər. Yeni müqavilə imzalaya bilər, avtomobil alıb-sata bilər və ya dəyişdirə bilərsən. Satış, təhsil və ya sosial media ilə bağlı yeni başlanğıclar mümkündür.
Ailə içində miras məsələləri gündəmə gələ bilər. Əmək haqqı, zam və ya əlavə gəlir əldə edə bilərsən. Öz işini qurmaq və ya internet üzərindən pul qazanmaq istəyirsənsə, bu dövr çox əlverişlidir. Gözəl imkanlarla rastlaşa bilər, yeni bir eşq macərası başlaya bilər. Qısa səfər planları da edə bilərsən.
♎ Tərəzi
Sevimli Tərəzi ⚖️ Mars 4 noyabra qədər Əqrəb bürcündə olacaq və bu, maliyyə məsələlərini ön plana çıxaracaq. Qazancını artırmaq, iş dəyişmək, yeni layihələrə başlamaq üçün fürsətlər gələ bilər. İş müraciətlərin varsa, bu həftə cavab ala bilərsən. Kendi işini qurmaq və ya əlavə gəlir mənbəyi yaratmaq da mümkündür. Əmlak alqı-satqısı gündəmə gələ bilər. Ailə büdcəsini nəzərdən keçirəcək, xərcləri planlaşdıracaqsan.
Amma bu dövrdə xərclərin də çoxala bilər. Miras, təzminat və ailəvi pul məsələlərində gərginlik ola bilər. Günəş sənin bürcündədir, buna görə daha çox diqqət çəkəcəksən. Özünə vaxt ayırmaq, görünüşünü yeniləmək, sağlamlığın üçün addımlar atmaq üçün uyğundur. Çoxdan planlaşdırdığın pəhriz və ya idmana başlaya bilərsən. Ailə və övladlarınla bağlı gözəl xəbərlər də gələ bilər.
♏ Əqrəb
Sevimli Əqrəb 🦂 Mars sənin bürcündədir və 4 noyabra qədər sənə güc və cəsarət verir 💪 Bu müddətdə hərəkətli və qətiyyətli olacaqsan. Qərarlarını sərt şəkildə verə bilər, qeyri-müəyyənlikləri aradan qaldıra bilərsən. İş həyatında uğurlar qazana bilər, rəhbərlikdən dəstək görə bilərsən. Maaş artımı, mükafat və ya yüksəliş mümkündür.
Eyni zamanda sosial mühitdə və komanda işlərində daha aktiv olacaqsan. Səyahət planları, yeni təhsil imkanları, köç və ya yer dəyişikliyi gündəmə gələ bilər. Sağlamlıqda böyrəklərə və reproduktiv orqanlara diqqət etməlisən. Bu dövrdə hərəkətlərin daha çox diqqət çəkəcək, buna görə planlı davranmaq vacibdir.
♐ Oxatan
Sevimli Oxatan 🏹 Mars 4 noyabra qədər sənin gizli sahəndə hərəkət edəcək. Bu, səni bir qədər geri plana çəkə bilər. Öz sağlamlığına diqqət etməli, lazımi müayinələrdən keçməlisən. Psixoloji baxımdan da özünü gücləndirmək, terapiya və dəstək almaq faydalı olacaq. Bu dövrdə gizli qalan məsələlər üzə çıxa bilər. Dostların və ya yaxınların arasında sənin xəbərsiz olduğun şeylər ortaya çıxa bilər.
Sosial həyatda isə artıq səni yoran, səthi münasibətlərdən uzaqlaşa bilərsən. Səmimi olmayan dostluqları bitirmək vaxtıdır. Maliyyə baxımından ehtiyatlı olmalısan, çünki lazımsız xərclərə meylin ola bilər. Yeni layihələr, komanda işləri gündəmə gələ bilər. İşində yüksəliş və ya yeni məsuliyyətlər mümkündür.
♑ Oğlaq
Sevimli Oğlaq 🐐 Bu həftə karyera və hədəflər baxımından çox güclü bir dövr başlayır. Mars 4 noyabra qədər sənə motivasiya verəcək və uzunmüddətli planlarını həyata keçirmək imkanı yaradacaq. Maaş artımı, yüksəliş, yeni iş imkanları ola bilər. Əgər öz işin varsa, yeni əlaqələr quracaq və komandalara rəhbərlik edə biləcəksən.
Amma sosial dairəndə bəzi anlaşmazlıqlar ola bilər. Bəzi insanlarla arana məsafə qoya bilərsən. Sosial media, reklam və təşkilatçılıq işlərində uğur qazana bilərsən. Yeni müqavilələr və ya rəsmi sənədlərlə bağlı addımlar atıla bilər. Münasibətlərdə isə ciddi qərarlar ola bilər: evlilik, nişan və ya münasibətin istiqamətini dəyişmək gündəmdədir. Bu həftə ünsiyyət dilinə diqqət etməlisən.
♒ Dolça
Sevimli Dolça 🏺 Mars 4 noyabra qədər karyera və iş həyatında aktivlik gətirəcək. İşini dəyişə bilər, yeni vəzifə ala bilər, maaş artımı və ya yüksəliş əldə edə bilərsən. Bu dövrdə rəhbərlərdən dəstək görəcəksən, amma eyni zamanda daha çox məsuliyyət daşımalısan. Əgər təhsil və ya xarici ölkələrlə bağlı planların varsa, indi sürətlənəcək. Viza, təqaüd, rəsmi sənədlərlə bağlı işlərdə uğur ola bilər.
Qardaşlar və yaxın qohumlarla bağlı da xəbərlər gələ bilər. Əmlak, satış və ya alım mövzuları gündəmə çıxa bilər. Bu həftə bəzən özünü sosial həyatdan uzaqlaşdırmaq istəyə bilərsən. Yalnız qalmaq və düşünmək sənin üçün faydalı olacaq.
♓ Balıq
Sevimli Balıq 🐟 Mars 4 noyabra qədər satış, reklam, sosial media və təhsil sahələrini hərəkətə keçirəcək. Yeni müqavilələr imzalaya bilər, fərqli iş birliklərinə başlaya bilərsən. Xarici ölkələrlə əlaqəli xəbərlər, səfərlər, təhsil imkanları gündəmə gələ bilər.
Amma maliyyə məsələlərinə diqqət etməlisən. Uşaqlar və ailə ilə bağlı xərclər arta bilər. Böyük borclara girmə, riskli sərmayələrdən uzaq dur. Əgər həyatında biri yoxdursa, bu həftə karmik bir tanışlıq ola bilər. Yeni biri ilə qarşılaşa bilərsən, amma keçmişdəki məsələlərin təkrarlanmaması üçün münasibətdən nə istədiyini aydınlaşdırmalısan.