27 Yanvar -2 Fevral Bürclər
Qoç Bürcü
Əziz Qoç, bu həftəyə bir qədər istəksiz təsirlərlə başlayacaqsınız. Yardımlaşma və başqalarına kömək etmə istəyiniz yüksək olsa da, əhəmiyyətli addımlarda diqqətli olmalısınız. Kafanız qarışıq ola bilər və səhv qərarlar verə bilərsiniz. Aldanmalara və yanlış yönləndirmələrə açıq bir zamandasınız. Xüsusilə bazar ertəsi qadın-kişi münasibətlərində diqqətli olun; əks cinslə razılaşmaq çətin ola bilər.
Çərşənbə axşamı və həftə boyu həyatınıza təsir edən insanların sizi yanıltmasına imkan verməyin. Səfərlər zamanı və ya açıq mühitlərdə immun sisteminizi güclü tutmağa çalışmalısınız.
Buğa Bürcü
Əziz Buğa, həftəyə sosial çevrənizlə başlayırsınız. Dostlarınızla bir araya gələ, onlara yardım edə bilərsiniz. Ancaq diqqətli olun, hər kəs sizin kimi düşünməyə bilər. Xüsusilə münasibətlərdə gərginliklərdən uzaq durmağa çalışın.
Çərşənbə axşamı dostlarınızla pul məsələlərinə diqqət yetirin. Aldadılma və ya istifadə edilmə ehtimalı var. Hadisələrə real yanaşmağa çalışın.
Çərşənbə günü maliyyə məsələlərində diqqətli olmalı və vacib işləri tamamlamalısınız. Həftə sonu sosial çevrənizdən və əlaqələrinizdən dəstək alacaq, işlərinizdə irəliləyişlər görəcəksiniz.
Əkizlər Bürcü
Əziz Əkizlər, həftəyə iş və karyeranıza fokuslanaraq başlayırsınız. Bu həftə həm işdə, həm də şəxsi həyatınızda başqalarına dəstək olmaq istəyəcəksiniz.
Çərşənbə axşamı ictimai yerlərdə sevdiyiniz insanla problemlər yaşaya bilərsiniz. Duyğusal olaraq özünüzü qurban verməyə meyilli ola bilərsiniz.
Çərşənbə günü münasibətlərinizi və işlə bağlı planlarınızı yenidən düşünməlisiniz. Həftə sonu maddi dəstəklərlə işlərinizdə irəliləyə və ailənizdə maliyyə gücünüzün artdığını hiss edə bilərsiniz.
Xərçəng Bürcü
Əziz Xərçəng, həftəyə xarici mühitlərdən alacağınız xəbərlərlə başlayırsınız. İş mühitində anlaşmazlıqlar yaşaya bilərsiniz. Öz istəklərinizi çox vurğulamamağa çalışın.
Çərşənbə axşamı səyahətdə və ya açıq mühitlərdə sağlamlığınıza diqqət edin. Enerjiniz zəif ola bilər, xəstəliklərə qarşı həssas ola bilərsiniz.
Çərşənbə günü iş və gündəlik planlarınızı yenidən tənzimləmək lazımdır. Həftə sonu münasibətlərinizdə daha rahat olacaqsınız. Həm şəxsi, həm də işgüzar əlaqələrinizdə dəstək alacaqsınız.
Şir Bürcü
Əziz Şir, həftəyə ortaq maliyyə məsələlərinə fokuslanaraq başlayacaqsınız. Bu həftə pul işlərində diqqətli olun, aldanma riskiniz var. Eyni zamanda ruhani mövzulara və başqalarına kömək etməyə marağınız arta bilər.
Çərşənbə axşamı maliyyə ilə bağlı problemlər yaşaya bilərsiniz. Alış-veriş edərkən ehtiyatlı olun və riskli vəziyyətlərdən qaçın. Şəxsi həyatınızda sevdiyiniz insanın fikirlərinə qulaq asın, çünki ehtiraslar bəzi anlaşmazlıqlara səbəb ola bilər.
Çərşənbə günü enerjinizi nizamlamaq üçün işlərinizdə dəyişikliklər etməlisiniz. Həftə sonu isə işlərinizdə daha rahat hərəkət edəcəksiniz və maliyyə məsələlərində dəstəklər alacaqsınız.
Qız Bürcü
Əziz Qız, bu həftəyə şəxsi həyatınıza diqqət ayıraraq başlayırsınız. Münasibətlərdə anlayış və fədakarlıq ön planda olacaq. Sevdiyiniz insan üçün həyatınızı təşkil edə bilərsiniz. Əgər münasibətiniz yoxdursa, yeni əlaqəyə başlamaq ehtimalınız yüksəkdir.
Çərşənbə axşamı ailə həyatında bəzi xəyal qırıqlıqları yaşaya bilərsiniz. Enerjinizi doğru yönəltməyə çalışın və yanlış yönləndirmələrdən uzaq olun.
Çərşənbə günü ailə və xarici mühitlər arasında seçim etməkdə çətinlik çəkə bilərsiniz. Dəqiq qərarlarla hərəkət edin. Həftə sonu isə münasibətlərinizdə daha çox yaxınlıq və sevgi hiss edəcəksiniz.
Tərəzi Bürcü
Əziz Tərəzi, həftəyə gündəlik işlərinizlə başlayırsınız. Təmkinli və rahat enerjilərlə hərəkət edərək sizi xoşbəxt edəcək işlərlə məşğul olmaq istəyəcəksiniz. Ancaq qadın-kişi münasibətlərində anlaşmazlıqlar ola bilər.
Çərşənbə axşamı enerjiniz aşağı ola bilər və sağlamlıq problemlərinə həssas olarsınız. Xüsusilə yemək və içmək vərdişlərinizə diqqət edin.
Çərşənbə günü maliyyə məsələlərini həll edib, daha diqqətli hərəkət etməlisiniz. Həftə sonu ailə ilə bağlı məsələlərdə dəstəklər alacaqsınız və işləriniz daha asan həll olunacaq.
Əqrəb Bürcü
Əziz Əqrəb, bu həftəyə sevgi, zövq və uşaqlarınızla bağlı mövzulara diqqət ayıraraq başlayırsınız. Sevgi həyatınızda romantik anlar yaşamaq üçün əlverişli bir həftədir.
Çərşənbə axşamı maliyyə məsələlərində diqqətli olun. Lazımsız xərclərdən qaçın və lüksə meyilli olmağınıza nəzarət edin.
Çərşənbə günü öz ehtiyaclarınız və sevdiyiniz insanın ehtiyacları arasında tarazlıq qurmalısınız. Həftə sonu isə həyatınıza dair atdığınız addımların dəstəkləndiyini hiss edəcək və şəxsi həyatınızda düzgün qərarlar qəbul edəcəksiniz.
Oxatan Bürcü
Əziz Oxatan, həftəyə ailə və ev işlərinə diqqət yetirərək başlayacaqsınız. Ev mühitində romantik və fədakar enerjilər üstünlük təşkil edə bilər. Hərəkətli xarakteriniz ailədəki fədakarlıq tələb edən məsələlərlə toqquşa bilər. Hərəkətlərinizlə ailə üzvlərinizi incitməməyə çalışın və ehtiyatlı olun.
Çərşənbə axşamı ailə mühitində bəzi insanlar sizi yanıltmağa və ya xəyal qırıqlığına uğratmağa çalışa bilər. Sağlamlığınıza diqqət edin və ailənizə qarşı dürüst olun. Yaxınlarınızla münasibətlərdə gücünüzü onlardan almalısınız.
Çərşənbə günü gündəlik işlər və sağlamlıqla bağlı narahatlıqlarınız ola bilər. Vacib işlərinizi planlamadan hərəkət etməməyə çalışın.
Həftə sonu isə enerjiniz daha çox toparlanacaq. Ailə məsələlərində gözlənilməz dəstəklər ala bilərsiniz. Maddi baxımdan özünüzü güvənli və şanslı hiss edəcəksiniz.
Oğlaq Bürcü
Əziz Oğlaq, həftəyə ünsiyyətə əsaslanan işlərlə başlayacaqsınız. Bu həftə yaxınlarınızla anlayışlı davranacaqsınız, amma ailədə bəzi anlaşmazlıqlar baş verə bilər.
Çərşənbə axşamı enerjinizi düzgün istifadə edə bilməyə bilərsiniz. Yaxınlarınız sizi yanıltmağa çalışa bilər, diqqətli olun. Maddi məsələlərdə fikirlərinizi paylaşa və dəstək ala bilərsiniz. Yanlış qərarlardan uzaq durmağa çalışın.
Çərşənbə günü ailə üzvlərinizi müəyyən məsələlərdə razı salmalı və enerjinizi düzgün yönləndirməlisiniz. Əhəmiyyətli mövzuları həll edib nəticəyə bağlamaq üçün münasib vaxtdır.
Həftə sonu daha sakit və müsbət enerjilər olacaq. Gelecek üçün planlar qurmaq və irəliləmək üçün yaxşı bir vaxtdır. Yaxın əlaqələriniz güclənəcək.
Dolça Bürcü
Əziz Dolça, həftəyə maliyyə məsələlərinə fokuslanaraq başlayacaqsınız. Bu həftə başqalarına kömək etmək istəyiniz yüksək ola bilər, amma lazımsız xərclərdən çəkinməlisiniz. İş yoldaşlarınızla anlaşmazlıqlara açıq ola bilərsiniz.
Çərşənbə axşamı sosial çevrədə maliyyə ilə bağlı diqqətli olun. Sizi aldatmağa və ya yanlış yönləndirməyə çalışan insanlara qarşı ehtiyatlı davranın.
Çərşənbə günü verdiyiniz sözlər və ailə məsələlərində çətinliklər yaşaya bilərsiniz. İlk olaraq özünüzə qarşı dürüst olmalı və işlərinizi nizamlamalısınız.
Həftə sonu enerjiniz toparlanacaq. Sosial əlaqələrinizi gücləndirə və işləriniz üçün istifadə edə bilərsiniz. Maddi məsələlərdə irəliləyişlərə nail olacaqsınız.
Balıq Bürcü
Əziz Balıq, həftəyə öz istəyinizə və planlarınıza fokuslanaraq başlayacaqsınız. Ətrafınızdakı insanlarla planlar qurmaq və birlikdə vaxt keçirmək önəmli olacaq. Amma bu həftə ictimai mühitdə münaqişələrdən uzaq durmalısınız.
Çərşənbə axşamı ictimai yerlərdə və ya iş mühitində sağlamlığınıza diqqət edin. Enerjiniz aşağı ola bilər və bəzi qərarlarda səhv edə bilərsiniz. Yeni bir işə başlamaq yerinə mövcud işlərə fokuslanın.
Çərşənbə günü gərginliklərinizi iş sahələrinə yansıtmamağa çalışın. Enerjinizi düzgün istifadə edin və əhəmiyyətli məsələləri həll etməyə çalışın.
Həftə sonu enerjilər daha rahat olacaq. Sosial çevrənizdəki güclü əlaqələr sizə dəstək olacaq və gələcək planlarınızı sürətləndirəcəksiniz.