Həftəlik bürclər

26 May – 1 İyun bürclər

Qoç ♈

Əziz Qoç, Saturn bürcünüzə keçib və bu, özünüzü daha yaxşı tanımağınız üçün əhəmiyyətli bir dövr olacaq. Öz məqsədləriniz, liderlik xüsusiyyətləriniz və şəxsiyyətiniz üzərində düşünəcəksiniz. Tələsməyin, hər şeyi mərhələ-mərhələ qurun. Özünüzü daha ciddi aparmalı və məsuliyyətlərdən qaçmamalısınız. Bu dəyişikliklər sizə güc və yetkinlik qazandıracaq.

26 mayda Merkuri Əkizlər bürcünə keçir. Yeni şeylər öyrənmək, kurslara yazılmaq və ya yeni texnologiya almaq fikriniz ola bilər. Səyahət planlarınızda dəyişikliklər ola bilər. Ətrafınızdakı insanlarla ünsiyyət qurmaq sizə yaxşı təsir edəcək. Sağlamlığınıza da diqqət yetirin, özünüzü yormayın.

27 mayda Əkizlər bürcündə Yeni Ay baş verir. Danışarkən sözlərinizi diqqətlə seçin, kiminsə qəlbini sındırmayın. Daxili səsinizi dinləyin, özünüzlə baş-başa qalmaq sizə rahatlıq verəcək. Yaxın çevrənizlə münasibətləriniz sürətlənəcək, amma səbirli və anlayışlı olmaq vacibdir.


Buğa ♉

Əziz Buğa, Saturnun təsiri sizə maddi mövzularda daha məsuliyyətli olmağı öyrədəcək. Pulunuzu necə xərclədiyinizə və qazandığınıza diqqət yetirməlisiniz. Uzunmüddətli planlar qurmaq və maliyyə sabitliyi yaratmaq önəmli olacaq. Rahatlıq zonanızdan çıxmağa məcbur ola bilərsiniz, amma bu sizi daha güclü edəcək.

26 mayda Merkuri Əkizlərə keçirpul mövzuları gündəmə gəlir. Əldə etməyi gözlədiyiniz gəlir, ödəniş və ya xəbər ala bilərsiniz. Xərcləri planlamaq, yeni gəlir yolları axtarmaq üçün ideal vaxtdır. Təhsil və inkişaf mövzusunda da dəstəkləyici fürsətlər ola bilər.

27 mayda baş verən Yeni Ay, sizə yeni qazanc imkanları gətirə bilər. Amma imza atacağınız sənədlərə və razılaşmalara diqqət edin. Keçmişlə bağlı bəzi məsələlərlə üzləşə bilərsiniz. Bu dövrdə öz dəyərləriniz və maliyyə məsələləri üzərində düşünməyiniz faydalı olacaq.


Əkizlər ♊

Əziz Əkizlər, Saturn sizə daha ciddi və planlı düşünməyi öyrədir. Bu həftə ünsiyyət, öyrənmə və sosial dairəniz önə çıxacaq. Qərar vermədən əvvəl yaxşı düşünməyiniz vacibdir. Ətrafınızla münasibətləri diqqətlə qurmalısınız.

26 mayda Merkuri sizin bürcünüzə keçir və bu sizi canlandıracaq. Enerjiniz artır, sözlərinizlə başqalarını təsirləndirə biləcəksiniz. Yeni insanlarla tanışlıq və sürətli qərarlar dövrü başlayır. Amma qərar alarkən tələsməmək vacibdir.

27 mayda Əkizlərdə Yeni Ay baş verir. Yeni başlanğıclar üçün güclü bir zamandır. Özünüzə olan inam artır, daha fəal və ünsiyyətcil olursunuz. Amma münasibətlərdə gərginliklər yarana bilər – bu zaman sakit qalmağa çalışın. Ətrafınızda dəyişikliklər ola bilər, amma siz bu fürsətləri düzgün istifadə edə bilərsiniz.


Xərçəng ♋

Əziz Xərçəng, Saturn sizi ailə, ev və emosional təhlükəsizlik mövzularında dəyişməyə çağırır. Keçmişdə yarımçıq qalan məsələlər yenidən gündəmə gələ bilər. Daxili gücünüzü artırmaq və ev həyatınızda dəyişikliklər etmək üçün fürsətlər olacaq.

26 mayda Merkuri Əkizlər bürcünə keçir. Bu dövrdə daxili dünyanıza yönəlmək, düşünmək və rahatlamaq sizə faydalı olacaq. Rəqəmsal aləmdə və rüyalarda maraqlı mesajlar ala bilərsiniz. Sağlamlığınıza da daha çox fikir verməlisiniz.

27 mayda Yeni Ay Əkizlərdə baş verir. Sağlamlıqla bağlı kiçik çətinliklər ola bilər, amma özünüzə diqqət göstərməyiniz faydalı olacaq. Yalnız qalmaq və planlama aparmaq üçün əla vaxtdır. Emosional olaraq yorğun hiss edə bilərsiniz, bu səbəbdən özünüzə qarşı mehriban olun və rahatlamağa çalışın.


Şir ♌

Əziz Şir, Saturnun təsiri ilə uzunmüddətli planlar, sosial mövqeyiniz və karyeranızda dərin dəyişikliklər olacaq. Liderlik bacarıqlarınızı daha düzgün və planlı şəkildə istifadə etməlisiniz. Ətrafdakı insanlara nümunə olmaq üçün çalışmalısınız.

26 mayda Merkuri Əkizlərə keçir və sosial dairəniz genişlənir. Yeni dostlar, ortaq layihələr və sosial aktivliklər sizi gözləyir. Aşk və uşaqlarla bağlı məsələlərdə bəzi gərginliklər ola bilər, amma diqqətli davranmaqla idarə edə bilərsiniz.

27 mayda baş verən Yeni Ay, sosial çevrəniz və yaradıcılıq sahələrində yeni imkanlar aça bilər. Yeni tanışlıqlar, dəstək və maliyyə fürsətləri gündəmə gələ bilər. Duyğularınızı və ağlınızı balansda saxlayaraq düzgün addımlar atsanız, bu həftə sizin üçün çox uğurlu ola bilər.


Qız ♍

Əziz Qız, Saturnun Koç bürcünə keçidi ilə gündəlik həyatınız, işiniz və sağlamlığınızla bağlı daha çox məsuliyyət götürməli olacaqsınız. Dəyişikliklər sizi daha güclü və planlı biri halına gətirəcək. Rutinlərinizi yenidən qurmaq vaxtıdır.

26 mayda Merkuri Əkizlər bürcünə keçir və iş həyatınızda yüksəliş mümkündür. Yeni təkliflər, vəzifə dəyişiklikləri və özünüzü göstərmək şansı doğur. Ailə ilə bağlı məsələlər və evdə dəyişikliklər gündəmə gələ bilər.

27 mayda Yeni Ay Əkizlərdə baş verir və bu karyera və məqsədləriniz üçün yeni imkanlar deməkdir. İş yerində dəyişikliklər ola bilər, amma soyuqqanlı və planlı davranaraq bunlardan faydalana bilərsiniz. Ailə bağlarınızı gücləndirmək və yaxınlarınızla münasibətləri bərpa etmək üçün də əlverişli bir dövrdür


Tərəzi ♎

Əziz Tərəzi, Saturn münasibətlər və ortaq işlər sahəsində sizi daha məsuliyyətli olmağa çağırır. Bu dövrdə həm şəxsi, həm də peşəkar münasibətlərdə sərhədləri müəyyənləşdirmək və uzunmüddətli planlar qurmaq vacib olacaq. Səbrli və ağıllı davranmaq uğur gətirəcək.

26 mayda Merkuri Əkizlərə keçir və həyatınıza yeni fürsətlər gəlir. Təhsil, hüquqi mövzular və xarici əlaqələr ön plana çıxır. Yeni kurslara yazıla, yeni insanlarla tanış ola bilərsiniz. Həyata baxışınızı dəyişdirən maraqlı hadisələr baş verə bilər.

27 mayda Yeni Ay baş verir və özünüzü inkişaf etdirmək üçün əla bir vaxtdır. Keçmişlə bağlı bəzi məsələlər gündəmə gələ bilər. Sakit qalmaq və sosial medianı diqqətli istifadə etmək faydalı olacaq. Xaricə çıxış, təhsil və romantik əlaqələrlə bağlı yeni qapılar aça bilər.


Əqrəb ♏

Əziz Əqrəb, Saturn sizdən daha ciddi maliyyə planlaması tələb edir. İrəliyə doğru addım atmaq üçün ortaq pullar, borclar və yatırımlarla bağlı məsələləri diqqətlə izləməlisiniz. Duyğusal gücünüzü də sınayacaqsınız.

26 mayda Merkuri Əkizlərdə sizi pul və miras mövzusunda aktiv edir. Miras, vergi, sığorta və sağlamlıqla bağlı qərarlar gündəmə gələ bilər. Ani gəlir və xərclər qarışıq hisslər yarada bilər. Strategiyanı düzgün qurmaq önəmlidir.

27 mayda Yeni Ay sizə emosional rahatlıq və maliyyə məsələlərinə aydınlıq gətirə bilər. Yalnız qalmaq istəyə bilərsiniz. Aşq və münasibətlərdə dalğalanmalar ola bilər, amma panikaya düşmədən hər şeyi tədricən həll etməyə çalışın.


Oxatan ♐

Əziz Oxatan, Saturn təhsil, səyahət və dünyagörüşü ilə bağlı sizi yenidən qurmağa başlayır. Bu dövr sizi daha ciddi, məqsədyönlü və uzaqgörən biri halına gətirəcək.

26 mayda Merkuri Əkizlər bürcündədir, bu isə münasibətlərdə səmimi dialoqlar və yeniliklər deməkdir. Əgər partnyorunuz varsa, onunla yaxınlaşma şansı artacaq. Səfər, nikah və ortaq qərarlar gündəmdə ola bilər.

27 mayda Yeni Ay sizi ikili münasibətləri və ortaq işləri yenidən düşünməyə vadar edəcək. Yeni bir əlaqə başlaya bilər və ya köhnə bir mövzu həllini tapacaq. Ailə içi problemlərə sağlam yanaşmaq, uzunmüddətli nəticələr gətirəcək.


Oğlaq ♑

Əziz Oğlaq, Saturn sizi karyera və şəxsi hədəflərinizdə daha ciddiyə çağırır. Sizin üçün strateji planlama və nizam-intizam ön plandadır. Uzunmüddətli hədəflərinizə doğru addım atmalısınız.

26 mayda Merkuri Əkizlərdədir və iş həyatında yeni fürsətlər gündəmdədir. İş yerində yüksəliş, yeni layihələr və peşəkar uğurlar sizi gözləyir. Amma sağlamlığınıza və istirahətə də zaman ayırmağı unutmayın.

27 mayda Yeni Ay sizə yeni iş təklifləri və gündəlik həyat tərzinizdə dəyişikliklər gətirə bilər. Ailə və iş arasında tarazlığı qorumaq vacib olacaq. Emosional stresə qarşı sakitləşdirici məşğuliyyətlər faydalı ola bilər.


Dolça ♒

Əziz Dolça, Saturn dostlar, layihələr və sosial həyatınızda daha çox məsuliyyət almanızı istəyir. Gələcək planlarınızı yenidən qurmaq və möhkəm dostluqları qorumaq bu dövrün əsas mövzusudur.

26 mayda Merkuri Əkizlərə keçir və bu sevgi, yaradıcılıq və hobbiylə bağlı müsbət dəyişikliklər deməkdir. Yeni eşq həyatı başlaya bilər, ya da mövcud münasibətinizdə yeniliklər ola bilər. Şanslı dövrdəsiniz!

27 mayda Yeni Ay sizi yaradıcılıq və şəxsi zövqlərə yönəldəcək. Yeni hobbilər, sosial çevrədə yenilənmə və romantik münasibətlərdə həyəcanlı anlar yaşana bilər. Amma pul məsələlərində diqqətli olun, xərcləri idarə etməyi unutmayın.


Balıq ♓

Əziz Balıq, Saturn sizi daxili dünyanızla üz-üzə qoyur. Duyğusal yükünüzü azaltmaq və özünüzü mənəvi olaraq yeniləmək zamanıdır. Keçmişi buraxmaq və irəliyə baxmaq sizə yaxşı təsir edəcək.

26 mayda Merkuri Əkizlər bürcündədir. Ailə və ev məsələləri gündəmə gəlir. Evinizdə dəyişikliklər, qonaqlar və ailə içi münasibətlərdə yaxınlaşma mümkündür. Eyni zamanda keçmişlə bağlı içsel düşüncələr güclənə bilər.

27 mayda Yeni Ay sizə ailə və ev həyatında yeniliklər gətirə bilər. Əsəblərinizi sakit saxlamaq və sözlərinizi diqqətlə seçmək vacib olacaq. Evinizdə daha rahat hiss etmək üçün sakit bir mühit yaratmağa çalışın.


Əlaqəli yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button