20-26 yanvar burcler
Həftəlik bürclər qarşınızdadır. 20-26 Yanvar bürclər ilə tanış olun.
Qoç və yüksələn Qoç:
Həftəyə ikili münasibətlərə diqqət ayıraraq başlayırsınız. Anlaşılmaq, tarazlıq yaratmaq əsas məsələləriniz ola bilər. Ortaq və ya danışıqlar apardığınız şəxslərdən təkliflər ala bilərsiniz. Bu həftə boyunca gələcək planlarınız sizi motivasiya edə bilər. Yeni mühitlərə girmək istəyiniz arta bilər. Həftə ortasında maliyyə məsələlərinə yönələ bilərsiniz. Qeyri-müəyyənliklər sizi narahat edə bilər, lakin riskləri analiz edib planlama edə bilərsiniz. Münasibətlərdə yaxınlıq və cinsəlliklə bağlı fərqindəliklər yaşaya bilərsiniz. Hisslərinizlə üzləşib məsuliyyətlə yanaşsanız, uzunmüddətli dəyişikliklər edə bilərsiniz. Həftəsonu sosiallaşaraq özünüzü göstərə bilərsiniz. Baxış bucağınızı dəyişdirib problemləri həll etməkdə irəliləyiş əldə edə bilərsiniz.
Buğa və yüksələn Buğa:
Həftəyə gündəlik işlər, sağlamlıq və rutinlərlə bağlı məsələlərlə başlayırsınız. Baxış bucağınızı dəyişdirmək və dürtüsel reaksiyalardan qaçmaq faydalı ola bilər. Bir aylıq müddətdə karyera və ictimai mövqeyinizlə bağlı yeniliklər etmək istəyəcəksiniz. Həftə ortasında ikili münasibətlərə diqqət ayıra bilərsiniz. Romantik və dərin paylaşımlar mümkündür. Həftəsonu maliyyə və münasibət mövzularına maraq göstərə bilərsiniz. Sosiallaşma hər iki sahədə yeni fürsətlər aça bilər. Əgər sosiallaşmaq istəmirsinizsə, fərqli təcrübələrə yönəlmək faydalı olacaq.
Əkizlər və yüksələn Əkizlər:
Həftəyə flört, hobbi və ya övladlarınızla bağlı məsələlərlə başlayırsınız. Şanslı anlar yaşaya bilərsiniz, lakin xərclərinizdə ehtiyatlı olun. Həftə ortasında iş mühitində və gündəlik planlarınızda problemlərlə üzləşə bilərsiniz. Komanda dəstəyindən faydalanmaq və duyğularınızı idarə etmək sizi rahatladacaq. Həftəsonu sosiallaşaraq münasibətlərinizə yönələ bilərsiniz. Yeni təcrübələr və mövzularla maraqlanmaq sizə faydalı olacaq. Bir aylıq müddətdə sosial media, təhsil və xaricə səfər mövzuları önə çıxacaq.
Xərçəng və yüksələn Xərçəng:
Həftəyə ev və ailə məsələləri ilə başlayırsınız. Huzur axtarışı içində ola bilərsiniz, lakin emosional reaksiyalara meyilli olacaqsınız. Maddi yeniliklər və yaxınlıqda dostluğu dəyərləndirmək bu həftə sizin üçün motivasiya mənbəyi ola bilər. Həftə ortasında romantizm və ehtiras yüksəlir. Ani emosional dəyişikliklər yaşaya bilərsiniz. Həftəsonu həm sosiallaşmaq, həm də işlərinizi həll etmək istəyəcəksiniz. Aşırı yeməkdən qaçıb açıq havada vaxt keçirmək sizə yaxşı təsir edəcək.
Şir və yüksələn Şir:
Həftəyə təhsil, sənədləşmə və sosial media ilə başlayırsınız. Bu sahələrdə problemlər sizi əsəbiləşdirə bilər, lakin diqqətli davranmaq faydalıdır. Həftə ortasında ev və ailə mövzuları diqqət mərkəzində olacaq. Daxili duyğularınıza qapılmaq və yaxınlardan dəstək almaq mümkün ola bilər. Həftəsonu sosiallaşaraq diqqət mərkəzində ola bilərsiniz. Yeni şeylər öyrənmək və fərqli mühitlərdə olmaq baxış bucağınızı genişləndirəcək. Bir aylıq müddətdə münasibətlər və ortaq layihələrə diqqət yetirəcəksiniz.
Qız və yüksələn Qız:
Həftəyə maliyyə məsələləri və bacarıqlarınızla bağlı mövzularla başlayırsınız. Təcrübəli şəxslərdən dəstək almaq faydalı ola bilər. Həftə ortasında təhsil, sənədlər və səfərlər ön planda olacaq. Kaygılarınızı idarə etmək üçün ətrafınızdan dəstək ala bilərsiniz. Həftəsonu evdə rahatlamağa və ailə ilə vaxt keçirməyə üstünlük verə bilərsiniz. Bu həftə bir aylıq müddətdə sağlamlıq və gündəlik alışqanlıqlarınızı yenidən nəzərdən keçirmək sizə motivasiya verəcək.
Tərəzi və yüksələn Tərəzi:
Həftəyə özünüzü ifadə etmək və münasibətlərdə balans yaratmaqla başlayırsınız. Yeni müraciətlər etmək və ya sahənizdə ekspertlərdən dəstək almaq üçün uyğun zamandır. İkili münasibətlərdə emosional təsir hiss edə bilərsiniz, lakin dürtüsəl hərəkətlərdən çəkinmək faydalıdır. Həftə ortasında maliyyə məsələləri ön planda olacaq. Riskləri analiz edib, planlarınızı yenidən nəzərdən keçirmək üçün vaxt ayıra bilərsiniz. Sağlamlığınıza diqqət etmək və istirahətə vaxt ayırmaq faydalı olar. Həftəsonu isə sosiallaşma və fərqli mövzularla maraqlanmağınız mümkündür. Səyahət, fərqli mədəniyyətlər və təhsil mövzuları sizə ilham verəcək. İnternet alış-verişində ehtiyatlı olmaq vacibdir. Bir aylıq müddətdə sizi sevindirən işlərə və yaratıcı fəaliyyətlərə diqqət ayırmaq sizi ruhlandıracaq.
Əqrəb və yüksələn Əqrəb:
Həftəyə dərin emosional məsələlərlə və bilinçaltınızdakı duyğularla başlayırsınız. Rüyalarda keçmiş mövzular önə çıxa bilər. Həftə ortasında diqqətiniz özünüzə, imajınıza və sağlamlığınıza yönələcək. Özünüzü ön plana çıxarmaq və motivasiyanızı artıran fəaliyyətlərə fokuslanmaq üçün uyğun zamandır. Münasibətlərdə kəskin reaksiyalardan qaçmaq faydalı olar. Həftəsonu yaradıcılıq və ilham yüksək olacaq. Yeni biliklər əldə etmək və özünüzü ifadə etmək üçün bu günləri dəyərləndirə bilərsiniz. Bir aylıq müddətdə ailə və evlə bağlı məsələlər sizi daha çox motivasiya edəcək.
Oxatan və yüksələn Oxatan:
Həftəyə sosial çevrə və dostlarla bağlı məsələlərlə başlayırsınız. Maddi və emosional balans axtarışı sizi düşündürə bilər. Həftə ortasında daha sakit və introspektiv bir modda ola bilərsiniz. Daxili hisslərinizi analiz etmək və emosional təmizlənmə üçün bu zaman uyğun ola bilər. Həftəsonu diqqətiniz sağlamlığınıza və özünüzə yönələ bilər. Sosial əlaqələrdə ümidli bir yanaşma sərgiləyərək müsbət nəticələr əldə edə bilərsiniz. Bir aylıq müddətdə sosial media, təhsil, hüquq və xarici səfərlərlə bağlı mövzular gündəm olacaq.
Oğlaq və yüksələn Oğlaq:
Həftəyə karyera və ictimai imicinizlə bağlı məsələlərlə başlayırsınız. İnsanların təsiri altında qala bilərsiniz, lakin diplomatik yanaşma faydalı olacaq. Həftə ortasında gələcək planlar və aid olduğunuz qruplar ön plana çıxacaq. Duyğusal dəstək almaq və yeni imkanlar axtarmaq üçün yaxşı zamandır. Həftəsonu özünüzlə bağlı introspektiv bir dövrə girə bilərsiniz. Ruhən sakitləşmək və daxili enerjinizi bərpa etmək üçün vaxt ayırın. Bir aylıq müddətdə gəlir mənbələrinizi artırmaq və yeni bacarıqlar əldə etmək sizi motivasiya edəcək.
Dolça və yüksələn Dolça:
Həftəyə sosial media, təhsil, səyahət və sənədləşmə işləri ilə başlayırsınız. Bu mövzularda problemlər sizi əsəbiləşdirə bilər, lakin sakit qalmaq vacibdir. Həftə ortasında diqqətiniz karyera və ictimai imicinizi inkişaf etdirməyə yönələcək. Yaratıcılığınızı istifadə edərək irəliləyiş əldə edə bilərsiniz. Həftəsonu sosiallaşaraq diqqət mərkəzində ola bilərsiniz. Uzunmüddətli planlar qurmaq üçün motivasiya tapacaqsınız. Bir aylıq müddətdə şəxsi məqsədlərə fokuslanaraq həyatınızdakı dəyişiklikləri həyata keçirmək üçün güc tapa bilərsiniz.
Balıq və yüksələn Balıq:
Həftəyə maliyyə məsələləri və yaxınlıq mövzularına fokuslanaraq başlayırsınız. Emosional həssaslıq sizi təsirləndirə bilər, lakin duyğularınızı idarə etməyə çalışın. Həftə ortasında sosial media, təhsil və səyahət mövzuları gündəmdə olacaq. Bu sahələrdə özünüzü ifadə edərək irəliləyiş əldə edə bilərsiniz. Həftəsonu isə karyera və ictimai mövqe ön planda olacaq. Sosial çevrənizdəki insanlarla əməkdaşlıq və gələcək planlar üçün uyğun zamandır. Bir aylıq müddətdə bilinçaltınızı araşdıraraq sizi geri çəkən məsələlər üzərində işləmək faydalı olacaq.