
20-26 Oktyabr Bürclər
♈ Qoç
Həftəyə münasibətlərə fokuslanaraq başlayırsan 💞 Keçmiş mövzular yenidən açıla bilər; yeni səhifə açmaq və yaralarını geridə qoymaq istəyin güclüdür. 21 oktyabr Tərəzi Yeniayı buna bir az mane olsa da, mümkündür ⭐ Reaksiyalarda ifrata varma, duyğularla deyil, ağıl ilə hərəkət et. Həftə ortası pul və yaxınlıq mövzuları gündəmdə ola bilər; gələcəklə bağlı narahatlıq, özünü ifadə etməkdə çətinlik ola bilər. Xərclər arta bilər. Münasibətlərdə ehtiras yüksəlir; yeni başlayanlar sürətlə intimliyə keçə bilər 🔥 Həftə sonuna yaxın sosial media, ünsiyyət, xaric əlaqələri, hüquq-sənəd-səyahət mövzuları önə çıxır; enerjin artır, əhvalın yüksəlir, sürpriz xəbərlər ala bilərsən 📲 Spontan olmağın lazım gələ bilər; güclü bir tanış sayəsində problemlər həll oluna bilər. Baxış bucağın genişlənir, gələcək planların dəyişə bilər. Qadın fiqur taleyinə təsir edən rol oynaya bilər. Həftənin son günü isə dincəlmək istəyə bilərsən; məsuliyyətləri düşünmək yorucu ola bilər. Onlayn alış-veriş və müqavilələrdə daha diqqətli ol: dalğınlıq/unutqanlıq mümkün ⚠️
♉ Buğa
Həftəyə iş mühiti, sağlamlıq və ev heyvanı mövzuları ilə başlayırsan 🐾 Bir layihə və ya müalicə bitə bilər; özünə yaxşı bax. 21 oktyabr Tərəzi Yeniayı bir ev heyvanı sahiblənməyə və ya işdə yeni səhifəyə səbəb ola bilər; amma arxada çevrilən işləri də öyrənə bilərsən. Həftə ortası münasibətlər ön plana keçir; ehtiras yüksəlir, duyğular dərinləşir, tez yaxınlıq yarana bilər 💗 Bəzi əlaqələri gizli saxlamaq istəyə bilərsən. Həftə sonuna doğru pul və yaxınlıq mövzuları aktivləşir; gözlənilməz xərclər ola bilər. Gəliri artırmaq üçün karyeranda dəyişiklik və ya imic yeniləməsi istəyə bilərsən; texnologiyanı işinə qat. Seksuallıqda yeniliklərə açıq ola bilərsən. Keçmişi analiz edib yaralarını sağaltmaq mümkündür 🩹 Plan qurarkən disiplini buraxma.
♊ Əkizlər
Həftəyə münasibətlər, hobbi və uşaqlar mövzuları ilə start verirsən 🎭 Sosiallaşa, diqqət çəkə bilərsən. 21 oktyabr Tərəzi Yeniayı yeni münasibətə başlamaq və ya övladla bağlı qərar gətirə bilər. Yarım qalmış hobbini yenidən canlandıra bilərsən. Keçmiş yaralar qalxsa da, “mən-biz” balansını tapsan, gözəl başlanğıclar mümkün 🌈 Həftə ortası iş, sağlamlıq, ev heyvanı gündəmdədir; media-sənəd-səyahət sahələrində dəyişikliklər işdə gecikmə yarada bilər. Sağlamlıq yoxlaması/fiverr yoxlaması məsləhətdir. İşdə rəqabət arta, gizli oyunlar üzə çıxa bilər 👀 Həftə sonuna yaxın diqqətin yenə münasibətlərə yönəlir; esnək ol, sürpriz xəbərlər gələ bilər. Əylən, imic/karyera ilə bağlı qeyri-müəyyənlik əhvalını salmasın.
♋ Xərçəng
Həftəyə ev-ailə mövzuları ilə başlayırsan 🏠 Qadın qohumlardan dəstək ala bilərsən. 21 oktyabr Tərəzi Yeniayı evdə yenilənmə gətirə bilər. Keçmiş incikliklər qayıda bilər; sərhəd qoy, impulsiv reaksiya vermə. Həftə ortası münasibətlər, hobbilər, uşaqlar gündəmdə; xərclər arta bilər, büdcəni yenilə. Ehtiras yüksək olsa da, qısqanclıq/manipulyasiya mümkündür. Həftə sonuna doğru iş-sağlamlıq-ev heyvanı mövzuları canlanır; enerji artır. Media-sənəd-xaric əlaqələri ilə bağlı sürprizlər ola bilər. İdmanda ehtiyatlı ol: ayaq-baldır zonası həssasdır 🦵 Qadın qohum gündəlik işlərdə kömək edə bilər. E-ticarət və müqavilələrdə aldanmamaq üçün ekstra diqqət! ⚠️
♌ Şir
Həftəyə kommunikasiya, sənəd, səyahət, ticarət və sosial media gündəmləri ilə girirsən 📬 Bu sahələrdə şanslar və qadın dəstəyi ala bilərsən. 21 oktyabr Tərəzi Yeniayı yeni başlanğıc gətirə bilər; incinmələr və aksaklıqlar olsa da, reaksiyanı idarə etməyin kritikdir. Həftə ortası ev-ailə mövzularını həll edə bilərsən; təmir/daşınma üçün uyğun günlər. Xərclər arta, sevdiklərinlə anlaşmaq çətinləşə bilər; impulsları cilovla. Həftə sonuna doğru münasibətlər, hobbilər, uşaqlar gündəmdə; diqqət səndə ola bilər ✨ Texnologiyanı hobbiyə qat, zövqə fokuslan, sürprizlər mümkündür. Amma dərin bağ və cinsəllikdə özünü ifadə etmək çətin ola bilər. Onlayn alış-veriş və müqavilələrdə diqqət, çünki dalğınlıq və fırıldaq riski var 🛑
♍ Qız
Həftəyə pul, bacarıqlar və sağlamlıqla bağlı başlayırsan 💰 Özünə qayğıya yönəl, qazancla bağlı fürsətlər çıxa bilər. 21 oktyabr Tərəzi Yeniayı yeni maliyyə dövrü aça bilər; xərclərə diqqət. Bacarıqlarını istifadə etməyə hazırsan; keçmiş yaraların özgüvəni sındırmasın. Həftə ortası media-sənəd-səyahət-ticarətdə daha gizli/strateji hərəkət edirsən; zihin yüklü ola bilər. İdman yaxşı gələr. Ünsiyyətdə sərt/impulsiv olmamağa çalış 🙏 Həftə sonuna doğru ev-ailəyə fokuslanırsan; evlə bağlı sürprizlər mümkündür. Ailə və media-xaric əlaqələrindən faydalanıb maddi şanslar tuta bilərsən. Hobbiyə vaxt ayırmaq əhvalını qaldırar. Partnyorla anlaşmaq çətin ola bilər; köç planın varsa bir az gözlə.
♎ Tərəzi
Həftəyə özünə fokuslanaraq start verirsən ✨ 21 oktyabrda bürcündə yeniay — yeni başlanğıclar üçün idealdır. Münasibət və imiclə bağlı keçmiş yaralar xatırlana bilər. Həftə ortası pul, bacarıq və sağlamlıq gündəmdə; maliyyədə strateji addım faydalı olar. Yeni bacarıqlar kəşf edə və ya mövcudunu inkişaf etdirə bilərsən. Sağlamlığa diqqət; immunitet enə bilər, analizlər üçün uyğundur 🧪 Xərclər arta bilər. Həftə sonuna doğru media-sənəd-səyahət-ticarət mövzuları artır; ünsiyyət sıxdır, sosyallaşa bilərsən. Sürpriz xəbərlər, spontanlıq var. Hər şeyi həddən artıq düşünmək zihini yora bilər. Onlayn alış-veriş və müqavilələrdə diqqət! 🛡️
♏ Əqrəb
Həftəyə bilinçaltı mövzuları ilə başlayırsan; istirahətə ehtiyac var 😴 Keçmiş xatirələr yüksələ bilər; 21 oktyabr Tərəzi Yeniayı bu halı gücləndirir. Sağlamlığa diqqət; içə dön, terapiya/şüuraltı işi üçün uyğundur. Xaric əlaqələrində də yeni başlanğıc ola bilər. Həftə ortası özünə fokuslanırsan; imicini dəyişmək istəyə bilərsən. Strateji addımlarla rəqabətdən qaçmamaq görünürlüğünü artırar. Səni dirildən münasibət və hobbiyə vaxt ayır 💃 Həftə sonuna doğru pul-bacarıq-sağlamlıq gündəm olur; gözlənilməz xərclər çıxa bilər. Bacarıqlarına dair fərqindəlik yaranar. Kiçik qəzalar/sakarlıqdan qorun. Gözləmədiyin şəxslərdən qazanca dəstək gələ bilər. Sosial mühitdə sıxıla bilər, duyğularını paylaşmamaq seçimi edə bilərsən. Praktika — inkişafın açarıdır 🔧
♐ Oxatan
Həftəyə gələcək planları və sosial çevrə ilə başlayırsan 🧭 Çevrəni yeniləyə bilərsən. 21 oktyabr Tərəzi Yeniayı yeni sosial dairələrə qapı aça bilər; bəzi əlaqələr soyuyar. Planların üçün cəsarət topla, özgüvəni sındırma. Həftə ortası içinə çəkilə bilərsən; bilinçaltı mövzular üzə çıxar, impulsiv reaksiya riski var. Terapi üçün uyğundur. Həftə sonuna doğru özünə və həyatına fokuslanırsan; əhval yüksəlir, sosyallaşırsan. Münasibətlərdə ani qərarlar mümkündür; sosial çevrədən şanslar gələ bilər. Qadın fiqurlarla xoş vaxtlar 💐 Ev-ailə məsuliyyətləri artsa da, dincəlməyi unutma.
♑ Oğlaq
Həftəyə karyera və ictimai imic mövzuları ilə girirsən 🏢 Keçmişi buraxıb yeni səhifə açmaq istəyirsən. 21 oktyabr Tərəzi Yeniayı karyerada yeni mərhələ və imic dəyişikliyi gətirə bilər; keçmişin cəsarətini sındırmasın. Həftə ortası gələcək planları və sosial çevrə aktivdir; duyğularını gizlədə bilər, xərcləri artıra bilərsən. Strateji addımlar at, çevrənin resurslarından faydalan; partnyor/ortaq şansı artıra bilər 🤝 Həftə sonuna doğru içə dönürsən; oxu, xaric əlaqə və dil mövzuları gündəmdə. Sürpriz xəbər ala bilər, arxandan gedənləri görüb oyanış yaşaya bilərsən. Yuxu problemi ola bilər; sağlamlığa diqqət. İş əlaqəli qadın fiqurdan kömək gələ bilər. Media-sənəd-səyahətdə görüntü çətin ola bilər; otorite ilə gərginliyə girmə. Onlayn alış-veriş və müqavilələrdə diqqət! Zihin yüklüdür, səni məhdudlaşdırmasına icazə vermə 🧘
♒ Dolça
Həftəyə media, xaric əlaqələri, hüquq, sənəd, səyahət mövzuları ilə başlayırsan 🌍 Texnologiyanı aktiv istifadə et. 21 oktyabr Tərəzi Yeniayı bu sahələrdə yeni startdır; keçmiş təcrübələr cəsarəti azalda bilər — sözlə incitmə. Həftə ortası karyera və imic gündəmdə; dərin düşün, strateji plan qur, dəyişikliyə açıq ol. Rəqabətdə ağıllı və hesablı davran; uzunmüddətli qazanca işləyəcək addımlar ata bilərsən. Həftə sonuna doğru gələcək planları və sosial çevrə önə çıxır; çox sosiallaşa bilər, diqqəti üzərinə çəkə bilərsən ✨ Ani farkındalıq və qərarlar mümkündür. Media-xaric bağlantılarında gözəl şanslar; qadın fiqurlarla anlaşmaq asandır. Xərc arta bilər. Bacarıqlarını inkişaf etdirib gəlir yollarını çoxaltmaq üçün məşq lazımdır. Gələcək qayğısı qısa dalğa ola bilər — kursu qorusan keçir.
♓ Balıq
Həftənin əvvəlində pul və yaxınlıq mövzuları ön plandadır 💞 Romantika və ehtiras arta bilər. 21 oktyabr Tərəzi Yeniayı kredit-borc-miras-nəfaka kimi maliyyə sahələrində yeni proses başlada bilər. Münasibətdə xüsusən intimlik və dərin bağlarla bağlı köhnə yaralar qalxa bilər; “mən-biz” balansını qur. Həftə ortası media-xaric əlaqələri-hüquq-sənəd-səyahət gündəmdədir; güc oyunlarından uzaq dur. İnanc və baxış bucağını yeniləmək xeyrinədir. Dedektivlik etmə — tapdıqların hisslərini ağırlaşdıra bilər. Uzunmüddətli düşünmək qazandırar 📈 Həftə sonuna doğru diqqətin karyera və imicdədir; radikal qərarlar, dəyişiklik istəyi ola bilər. İmicdə fərqli tərzə keçə bilərsən. Maddi şanslar mümkündür. Sosyallaşmaq münasibətdə tez yaxınlaşma yarada bilər. Məsuliyyət artdığı üçün azadlığın məhdudlaşırmış kimi hiss edə bilərsən; bir müddət daha görüntü qeyri-müəyyən ola bilər.