Oxatan Bürcündən Olan Əfsanəvi İdmançılar

Oxatan böyük cazibə və ulduz gücünə sahib bir bürcdür, buna görə də çoxlu Oxatan məşhurları var. Həyatın hər sahəsində olduğu kimi, idmanda da Oxatan bürcü altında doğulmuş xeyli sayda ulduz var. Müxtəlif məşhur Oxatan bürcü idmançıları müqayisə etdikdə, onların xarakter və xüsusiyyətlərində müəyyən bir bənzərlik görürük. Bu bənzərliklərin nələrdən ibarət olduğunu Oxatan bürcü altında doğulan ən məşhur 16 idmançının timsalında birlikdə nəzərdən keçiririk.
İdmançı | Doğum tarixi | Peşəsi |
Kərim Benzema | 19.12.1987 | Futbolçu |
Kilian Mbappe | 20.12.1998 | Futbolçu |
Maks Hollovey | 4.12.1991 | UFC döyüşçüsü |
Xavi Alonso | 25.11.1981 | Futbolçu |
Larri Börd | 7.12.1956 | Basketbolçu |
Antoni Martial | 5.12.1995 | Futbolçu |
Rey Mysterio | 11.12.1974 | Güləşçi (WWE) |
Maykl Essyen | 3.12.1982 | Futbolçu |
Bili Cin Kinq | 22.12.1943 | Tennisçi |
Rəhim Sterlinq | 8.12.1994 | Futbolçu |
Menni Pakyao | 17.12.1978 | Boksçu |
Maykl Ouen | 14.12.1979 | Futbolçu |
Çak Liddel | 17.12.1969 | UFC döyüşçüsü |
Dioqo Jota | 4.12.1996 | Futbolçu |
Rafinha | 14.12.1996 | Futbolçu |
Aleksis Sançes | 19.12.1988 | Futbolçu |
1. Kərim Benzema (19 dekabr 1987)

Adını tez-tez xbet kimi mərc platformalarından da eşitdiyimiz Kərim Benzema Əlcəzair əsilli fransız futbolçudur. Onun karyerası əsl səbir və səbat dərsidir. Benzema Real Madridə 2009-cu ildə, daha böyük adlar və sonsuz təzyiqlə əhatə olunmuş halda gəldi və illərlə sakitcə əla dəstək rolu oynadı. Lakin Kristiano Ronaldo klubdan gedəndə Benzema diqqət mərkəzinə əsas aktor kimi düşdü və nəticədə 2022-ci ildə Qızıl Topu qazandı.
Lion şəhərində anadan olan Benzema, Madridin uzunmüddətli doqquz nömrəsi olmazdan əvvəl bacarıqlarını Olimpik Lionda nümayiş etdirib. Onun qazandığı kubokların siyahısı heyrətedicidir: Çempionlar Liqası, La Liqa titulları və saysız-hesabsız qollar. Onu fərqləndirən təkcə bitiricilik deyil, həm də onun intellekti, görüş qabiliyyəti, fiziki hazırlığı idi.
Oxatanlara xarakterik bir şəkildə, Benzema özünü həmişə təmkinli aparırdı, hətta tənqidçilər şübhə etdiyində belə öz yolundan şübhə etmirdi. O, öz parlaq karyerası ilə göstərdi ki, uğur bir gecədə gəlmir. Bu, davamlılıq, əzm, istək, motivasiya tələb edən bir şeydir.
2. Kilian Mbappe
Kilian Mbappe elə bir futbolçudur ki, hamı hələ arxada ləngiyəndə, o, raket kimi özünü rəqib komandanın qapısında göstərir. O, ilk dəfə Monakoda özünü göstərdi və 2017-ci ilə qədər PSJ artıq ulduz əlamətləri göstərən bu yeniyetməni icarəyə götürmək üçün təşrif buyurdu. Cəmi bir il sonra – 2018-ci ildə Mbappe Dünya Kubokunda hamını heyran qoyaraq öz ölkəsinin kuboku qaldırmasına kömək etdi. 2022-ci ildə Qətər mundialında o, yenidən səhnəyə sahib çıxaraq turnirin ən yaxşı bombardiri oldu.
Mbappe Dünya Kuboku matçında qol vuran ən gənc fransız futbolçudur. Fransa çempionatının 2019-2020 mövsumündə isə “İlin Futbolçusu” mükafatını qazanıb. Ulduz futbolçu iyul 2024-cü ildə hər iddialı hücumçunun xəyal etdiyi transfer olan Real Madridlə beş illik müqaviləyə imza atıb.
Məşhur futbolçular və bürcləri arasındakı əlaqə məhz Mbappedə özünü tam göstərir. Mbappe üçün sadəcə qalib gəlmək kifayət deyil. O, hər oyunda, hər turnirdə, hər dövrdə hökmranlıq etmək və iz buraxmaq istəyir. Oxatanlara xas olan qorxmazlıq və inadkarlıq Mbappenin də özəllikləri arasında yer alır.
3. Maks Hollovey
4 fevral 2012-ci ildə UFC 143-də UFC-də debüt edən yüngül çəki döyüşçüsü. İllər ərzində o, 10-u nokautla olmaqla, 23 peşəkar qələbədən ibarət təsirli bir rekorda sahibdir. Peşəkar karyerasına cəmi 18 yaşında başlayan Maks, ilk dörd döyüşündə qalib gəlməyi bacarıb və tez bir zamanda yüksələn ulduz kimi adından söz etdirib.
Havay adalarının Vayana şəhərində anadan olub böyüyən Hollovey, öz doğma şəhərinin sərtliyini hər döyüşə daşıyırdı. O, diviziyanın ən nüfuzlu adları ilə qarşılaşmış və onları məğlub etmişdir. Döyüşləri sırasında tez-tez gülümsəməsi ilə MMA-da bənzərsiz bir stilə sahib idi. Onun döyüş tərzi amansızdır: davamlı zərbələr, qorxusuz müdaxilələr və heç vaxt tükənməyən enerji.
Onun hər döyüşündə Oxatan xüsusiyyətləri özünü göstərir: amansız enerji, sarsılmaz ambisiya və onu həm təhlükəli, həm də cazibədar edən o məzəli davranışları. O, səkkizbucağın xaricində rahat və səliqəli bir insandır, amma qəfəsin qapısı bağlanan kimi, o, Oxatan bürcü atəşi ilə sona qədər döyüşən bir cəngavərdir.
4. Xavi Alonso
İspaniyanın Tolosa şəhərində doğulan Alonso futbolçu ailəsində böyüyüb və həmin zəkasını meydanda da nümayiş etdirib. O, heç vaxt gündəmdə olmağı sevməyib, amma oyunun taleyini dəyişən həmlələri ilə hər zaman yadda qalmağı bacarırdı. İspan yarımmüdafiəçi peşəkar karyerasına Real Sosyedadda başlayıb və ardınca Avropanın bir sıra nəhəng klublarında forma geyinib:
- Liverpul
- Real Madrid
- Bayern Münxen
Alonso 2005-ci ildə Liverpulla Çempionlar Liqası kubokunu başı üzərinə qaldırıb. Daha sonra Real Madrid və Bayern Münxen ilə böyük uğurlar qazanaraq, kolleksiyasına daha çox liqa çempionluğu və başqa bir Çempionlar Liqası kuboku əlavə etdi.
Əsl Oxatan kimi Alonso meydançada uzaqgörənlik, təmkin və təbii liderlik keyfiyyəti göstərirdi. Onun karyerası nümayişkarlıq üzərində deyil, müdriklik və düzgün anı seçmək bacarığı üzərində qurulmuşdu. İndi isə baş məşqçi olaraq, eyni Oxatan uzaqgörənliyi ilə Real Madrid klubunun uğurları üçün çalışır.
5. Larri Börd
Ulduz falı və idman uğurları arasında əlaqə axtaranlar üçün Larri Bördün həyatı nümunə ola bilər. 1979-cu ildə Boston Celtics ilə NBA-də debüt edən amerikalı basketbol ulduzu. İndiananın Vest Beyden şəhərində anadan olan Börd, kiçik bir qəsəbədə böyümüş və erkən yaşlarından basketbola maraq göstərmişdir. Karyerası ərzində üç dəfə NBA çempionu olmuş və 1984-1986-cı illərdə ard-arda üç dəfə liqanın “Ən Dəyərli Oyunçu”su seçilmişdir.
O, öz dövrünün ən dominant atıcılarından birinə çevrilərək, karyerasını 21,000-dən çox xalla tamamlamışdır. Meydanda ən parlaq oyunçu olmasa da, dəqiq atışları, amansız rəqabətçiliyi və məşhur zarafatlı söz atmaları ilə yadda qalıb. Onun Mejik Conson ilə rəqabəti bir basketbol nəslinin formalaşmasına böyük töhfələr verib.
Oxatan xüsusiyyətləri Bördün xarakteri kimi oyununda da özünü göstərir. Cəsarət, açıq sözlülük və qələbə qazanmaq üçün amansız həvəs. Larrinin karyerasının bizə dediyi odur ki: “Bacarıq və qətiyyət sözlərdən daha çox danışmalıdır.” Oyunçu karyerasını bitirdikdən sonra belə, məşqçi və idarəçi kimi təsiri NBA-də həmin avtoritetini qoruyub saxlamağa davam edir.
6. Antoni Martial
Fransalı hücumçu, peşəkar karyerasına “Lion”da başlayıb, 2013-cü ildə isə “Monako”ya keçib. 2015-ci ildə o, o dövr üçün gənc futbolçuya ödənilmiş ən yüksək məbləğlə “Mançester Yunayted”ə transfer olunub. Premyer Liqadakı debütünü “Liverpul”a vurduğu möhtəşəm qolla qeyd edib və dərhal “Old Trafford” azarkeşlərinin rəğbətini qazanıb.
Martial öz oyununu qlobal səviyyəyə daşımazdan əvvəl Fransa gənclər komandasında öz bacarıqlarını inkişaf etdirib. Sürəti, topa yaxın nəzarəti və qarşıda səbirliyi ilə tanınan Martial, azarkeşlərə bir zamanlar nə üçün Avropanın ən parlaq gələcək ulduzlarından biri hesab edildiyini xatırladan parlaq anlar yaşatmışdır. Bəzən zədələr və davamsızlıq onun irəliləyişinə mane olsa da, onun təbii istedadı inkar edilə bilməz.
Oxatan xüsusiyyətləri idmanda onun oyun tərzində açıq görünür: gözlənilməz, iddialı və həmişə yeni fürsətlərin ardınca qaçan. Martialın özünəinamı yüksək olanda o, elektrik kimi parlayır, tək bir qaçış və ya zərbə ilə oyunun taleyini dəyişə bilir. Onun bu alovlu, sakitləşməyən enerjisi həm həyəcanverici, həm də bəzən məyusedici olsa da, onu izlənməyə dəyər oyunçu edən də məhz budur.
7. Rey Mysterio
Bir zamanlar gənclərin sevimlisi olan Rey Mysterio da oxatan bürcü altında doğulan məşhur idmançılardan biridir. Rey, güləşçi və 3 dəfə dünya çempionu, peşəkar güləşin ən simvolik fiqurlarından birinə çevrilib. Dayısı Rey Misterio Sr.-in yanında məşq edərək, bütün dünyada azarkeşləri həyəcanlandıran qorxmaz, akrobatik tərzini formalaşdırıb. Reyin aforizmə çevrilən məşhur bir sözü də var:
“İstənilən yerdə, istənilən vaxt potensialınızı gücləndirməyə davam edin”
Çoxlarının WWE-dən tanıdığı Rey Mysterionun əsl adı Oscar Qutierezdir. Mysterio güləşə gənc yaşda başlayıb və kiçik boyuna baxmayaraq inanılmaz çevikliyi ilə tez bir zamanda diqqətləri üzərinə çəkib. O, qlobal ulduza çevrilməzdən çox əvvəl, 1989 və 1991-ci illərdə “Ən çox irəliləyiş göstərən güləşçi” mükafatını qazanmışdı.
Oxatan xüsusiyyətləri onun da karyerasında özünəməxsus izini buraxıb: cəsarətli, yenilikçi və heç vaxt şansı sınamaqdan qorxmayan. Güləşdə ölçünün hökm sürdüyü bir zamanda, o, sübut etdi ki, ürək və yaradıcılıq nəhəng bir təsir bağışlaya bilər. Maskası üzündə, 619 hazırdır – Rey Mysterio autsayderlikdən güləşin əbədi əfsanəsinə gedən yolun özü.
8. Maykl Essyen

Azərbaycanlı futbol azarkeşlərinə də yaxından tanış olan bir addır Maykl Essyen adı. Qanalı yarımmüdafiəçi, Avropada adını “Lion”da eşitdirdi və 2005-ci ildə Çelsiyə transfer olundu. Qananın paytaxtı Akkrada doğulan Essyen peşəkar karyerasına “Liberty Professionals” klubunda başlayıb. Karyerasının son dönəmlərin də isə Azərbaycan təmsilçisi “Səbail”in şərəfini qorumuşdur.
Gücü, dözümlülüyü və uzaq məsafədən vurduğu güclü qolları ilə tanınan Essyenin əsas uğurları isə Çelsidə olub. Joze Mourinyonun rəhbərliyi altında Çelsinin Premyer Liqadakı yüksəlişi zamanı komandanın mərkəzində əsas fiqura çevrildi. Klubla birlikdə iki dəfə liqa çempionluğu, dörd FA Kuboku və 2012-ci ildə UEFA Çempionlar Liqasını qazandı.
“Bizon” ləqəbini qazanan futbolçu, meydanın mərkəzində hökmranlığı, rəqibin oyununu pozmaq və eyni intensivliklə komandasını irəli aparmaq bacarığı ilə heyranlıq doğururdu. Əsl Oxatan xarakterinə sadiq qalan Essyen meydanda qorxmaz enerji və sarsılmaz rəqabət ruhu ilə çıxış edirdi. O, mübarizələrdə cəsur, zərbələrində inamlı, ən yüksək səviyyədə uğur qazanmaq üçün isə yorulmaz bir qətiyyətə sahib idi.
9. Bili Cin Kinq
Amerikalı tennisçi və qabaqcıllardan biri, karyerası ərzində tək, cüt və qarışıq cütlüklərdə ümumilikdə 39 “Qrand Slam” titulu qazanıb. Dünyada №1 reytinqinə yüksələrək 1960-70-ci illərdə idmanın ən dominant fiqurlarından biri olub. Onun karyerasını zirvəyə daşıyan an 1973-cü ildə məşhur “Cinslərin döyüşü” matçında Bobbi Rigsi məğlub etməsi idi. Bu qarşılaşma tennisin hüdudlarını aşaraq mədəniyyət tarixində yer aldı.
Kaliforniyanın Lonq-Biç şəhərində doğulan Kinq uşaq yaşlarından raket götürərək həm bacarıq, həm də əzm nümayiş etdirdi. O, yalnız kortda çempion deyildi, həm də gender bərabərliyinin yorulmaz müdafiəçisi idi. Qadınlar Tennis Assosiasiyasının yaradılmasına kömək etdi və idmanda bərabər mükafat pulları uğrunda mübarizə apardı.
Onun Oxatan xüsusiyyətləri cəsarətində, açıq sözlülüyündə və dəyişiklik uğrunda qorxmaz mübarizəsində parlayırdı. O, yalnız kubok qazanmaqla kifayətlənmirdi. Oyunun özünü dəyişmək istəyirdi. Cəsarətli, açıq və bitməz qətiyyəti ilə Bili Cin Kinq sübut etdi ki, əsl böyüklük həm qələbələrlə, həm də yıxdığın baryerlərlə ölçülür.
10. Rəhim Sterlinq
İngilis cinah oyunçusu, peşəkar karyerasına “Liverpul”da başlayıb, 2015-ci ildə isə böyük rezonans doğuran transferlə Mançester Sitiyə keçib. Siti ilə bir neçə Premyer Liqa titulu qazanıb və liqanın ən təhlükəli hücumçularından birinə çevrilib. 2022-ci ildə “Çelsi”yə transfer olaraq İngiltərə futbolunun ən yüksək səviyyəsində çıxışını davam etdirib.
Yamaykanın Kinqston şəhərində doğulan Sterlinq gənc yaşda Londona köçüb və “QPR” akademiyasında inkişaf edərək “Liverpul”da əsas komandaya yüksəlib. Böyüklər millisindən əvvəl İngiltərənin U-16, U-17, U-19 və U-21 yığmalarında çıxış edib. İngiltərə millisində də daimi fiqura çevrilərək həm Dünya çempionatlarında, həm də Avropa çempionatlarında ölkəsini təmsil edib.
Oxatan xüsusiyyətləri Sterlinqin oyununda aydın görünür. Rəhim risk etməklə, müdafiəçilərin üzərinə təkrar-təkrar gedərək güc tapır, nəticə alınmasa belə cəhdlərini davam etdirir. Bu gün də 1xbet canlı mərc edənlər tərəfindən Rəhimin iştirak etdiyi matçlarda bombardir kimi özünü göstərir. Sakitləşməyən, iddialı və özünə inamlı Sterlinq hər dəfə meydana çıxdığında əsl Oxatan ruhunu nümayiş etdirir.
11. Menni Pakyao
Filippinli boksçu və səkkiz çəki dərəcəsində dünya çempionu. Tarixdə bu qədər fərqli çəkidə titul qazanmış yeganə idmançı Pakyaodur. İnanılmaz sürəti və dayanmadan göstərdiyi gücü ilə tanınan Pakyao, karyerası ərzində 62 peşəkar döyüşdə qalib gəlib, onların 39-u nokautla başa çatıb. Xuan Manuel Markes və Floyd Meyvezer Jr. kimi rəqiblərlə qarşıdurmaları isə bir boks dövrünü müəyyənləşdirib.
Pakyao Filippinin kasıb bir bölgəsində doğulub və yoxsulluq içində böyüyüb və ailəsini dəstəkləmək üçün yeniyetməlikdə boksa başlayıb. Sadə başlanğıclardan çıxaraq idman tarixinin ən böyük çempionlarından birinə çevrilib, amansız döyüş tərzi və tükənməz dözümlülüyü ilə heyranlıq qazanıb. Rinqdən kənarda isə Filippin senatoru olaraq tarix yazıb, siyasəti boks karyerası ilə yanaşı aparıb.
Pakyaonun Oxatan xüsusiyyətlərinə gəlincə, bu özünü daha çox onun iddiasında, cəsarətində və hansı vəziyyət olursa-olsun özünü sübut etmə iradəsində göstərir. Onun hekayəsi dözümlülük və daimi yenidən doğuluşun hekayəsidir. Əsl Oxatan kimi o, təkcə qalib gəlmək üçün deyil, həm də başqalarına ilham vermək üçün döyüşüb.
12. Maykl Ouen
İngilis hücumçusu, yeniyetmə ikən Liverpulda parlayaraq Avropanın ən ölümcül forvardlarından biri kimi şöhrət qazandı. Ouen erkən yaşlardan istedadını göstərib və Liverpulun gənclər üzrə selektorlarının diqqətini çəkib. 2001-ci ildə Qızıl top mükafatını qazanaraq, 1979-dan sonra bu titula layiq görülən ilk ingilis futbolçu oldu. Karyerası ərzində çıxış etdiyi klublar:
- Real Madrid
- Nyukasl
- Mançester Yunayted
- Stok Siti
Ouen Premyer Liqa, FA Kuboku və UEFA Kuboku titullarını qazanıb. Sürəti və instinktiv zərbələri ilə seçilən Ouen 1998 Dünya Çempionatında 18 yaşında Argentina ilə oyunda vurduğu möhtəşəm solo qolu ilə qlobal ulduza çevrildi. İnanılmaz nailiyyətlərinə baxmayaraq, zədələr tez-tez onun karyerasını yarımçıq saxlayaraq daha böyük zirvələrə çatmasının qarşısını alıb.
Ouenin oyununda həmişə iddialı, qorxmaz və böyük anları dəyərləndirməyə hər an hazır Oxatan enerjisi hiss olunurdu. O, yaşını aşan bir inamla oynayır, diqqət mərkəzinə düşməkdən çəkinmirdi. Onun İngiltərənin ən həyəcanverici hücumçularından biri kimi mirası toxunulmaz qalır.
13. Çak Liddel
Amerikalı qarışıq döyüş ustası, UFC tarixinin ən tanınmış simalarından biri. “The Iceman” ləqəbli Liddel 1998-ci ildə UFC-də debüt edib və sürətlə yüngül-çəki dərəcəsinin ən qorxulu nokaut ustalarından birinə çevrilib. 2005-ci ildə UFC çempionu olaraq titula yiyələnib və bir neçə dəfə onu uğurla müdafiə edib, karyerasını 21 qələbə ilə tamamlayıb.
Kaliforniyanın Santa Barbara şəhərində doğulan Liddel gənc yaşda karate və kikboksinq ilə məşğul olub, sonra isə döyüş karyerasını MMA ilə davam etdirib. Onun ağır yumruqları, əfsanəvi dayanıqlığı və döyüş stili UFC-nin populyarlığının artmasında böyük rol oynadı.
Açıq sözlülük və sona qədər mübarizə aparmaq arzusu onun xarakterik xüsusiyyətləri idi. O, Oxatanlara xarakterik bir şəkildə, rinqə hər dəfə buz kimi soyuqqanlı, amma içində alovlanan güclə çıxırdı. Çak Liddel yalnız qalibiyyətləri ilə deyil, həm də döyüş sənətini populyarlaşdırması ilə bu gün də MMA sevərlərin yaddaşlarında özünə yer tapır.
14. Dioqo Jota

Geridə qoyduğumuz aylarda həyatını faciəvi qəzada itirən Portuqaliyalı ulduz hücumçu. Liverpulun da şərəfini qoruyan peşəkar forvard, karyerasına “Paços de Ferreira”da başlayıb, 2016-cı ildə isə Atletiko Madridə keçib. Portu və Vulverhemptonda icarə dövrlərindən sonra Premyer Liqada özünü göstərərək “Canavarlar”ın yüksək liqaya yüksəlməsinə və orada möhkəmlənməsinə kömək edib. Liverpula transfer olunub və qısa zamanda komandanın əsas hücum silahlarından birinə çevrilib.
Mərhum futbolçu hər iki ayağı ilə qol vurma qabiliyyəti və hücum xəttinin müxtəlif mövqelərində oynaya bilməsi ilə çox yönlü futbolçu kimi tanınıb. Liverpulda böyük oyunlarda müntəzəm qol vuraraq dərhal təsir göstərib və Yurgen Kloppun yüksək enerjili sisteminə problemsiz uyğunlaşıb. Portuqaliya millisində isə Avropa Çempionatında və Dünya Çempionatında çıxış edərək komandasına töhfə verib.
Onun Oxatan xüsusiyyətləri uyğunlaşma bacarığı və risk etməyə həmişə hazır olmasında açıq görünürdü. Jota nə ən uca boylu, nə də ən çox səs-küy salan oyunçu idi, amma o, qətiyyəti, iti instinktləri və daim yaxşılaşmaq aclığı ilə fərqlənir. Gənc yaşda həyatını itirsə də, göstərdiyi performansı ilə həm portuqal, həm də liverpullu azarkeşlərin xatirəsində Jota adı həmişə yaşayacaq.
15. Rafinha
Bürclərə görə məşhur idmançılardan danışırıqsa, braziliyalı cinah oyunçusu Rafinhadan bəhs etməmək olmazdı. Rafinha peşəkar karyerasına Portuqaliyada Vitoriya Gimaraeşdə başlayıb, daha sonra İngiltərə Premyer Liqasında çıxış edib. Premyer Liqadakı parlaq oyunları ona 2022-ci ildə Barselonaya transfer qazandırdı və burada klubun hücum xəttinin yenidən qurulmasının bir hissəsinə çevrildi. Rafinha karyerası boyunca bu klublarda çıxış edib:
- Vitoriya Gimaraeş
- Sportinq
- Renn
- Lids Yunayted
- Barselona
Braziliyanın Porto Aleqri şəhərində doğulan Rafinha küçə futbolunun ritmi və yaradıcılığı içində böyüyüb, bu isə hələ də onun oyun üslubunda hiss olunur. Çevik ayaqları, iti driblinqləri və heç nədən nəsə yaratmaq bacarığı onu öz nəslinin ən həyəcanverici cinah oyunçularından birinə çevirir. Braziliya millisində Dünya Çempionatı seçmələrində və Amerika Kubokunda çıxış edərək Selekaoya kreativlik və enerji qatıb.
Oxatan xüsusiyyətləri Rafinhanın oyununda parlayır, xüsusən də sərbəst oynamaq və möhtəşəm hərəkətləri sınamaqdan çəkinməmək. Rafinha özünü ən güclülərə qarşı sınamaqdan zövq alır, daima oyuna iz qoymaq yolları axtarır.
16. Aleksis Sançes
Peşəkar karyerasına “Kobreloa”da başlayıb, daha sonra Udineze, Barselona, Arsenal, Mançester Yunayted, ardından İnter və Marseldə çıxış edib. “El Niño Maravilla” (“Möcüzə Uşaq”) ləqəbi ilə tanınan Sançes sürətli oyunu, yorulmaz pressinqi və qorxmaz iradəsi ilə müdafiəçilərin qorxulu röyası olub.
Çilinin Tokopilya şəhərində doğulan Sançes sadə başlanğıclardan ölkəsinin tarixində ən çox qol vuran futbolçusuna çevrildi. “Arsenal”da parlaq dövrünü yaşayaraq zərif texnikanı və yorulmaz zəhmətsevərliyi birləşdirib Premyer Liqanın ən təhlükəli hücumçularından biri oldu. Beynəlxalq arenada isə Çilinin “qızıl nəsli”nin aparıcı fiqurlarından biri kimi 2015 və 2016-cı illərdə ardıcıl iki dəfə Amerika Kubokunu qazanmasına öncüllük etdi.
Onun karyerası boyu dayanmaq bilməyən iddiası, motivasiyası və yeni çağırışlara bitməz aclığı bəlkə də Oxatan bürcü altında doğulmasından irəli gəlir. İstər son dəqiqədə müdafiəçilərin ardınca qaçarkən, istərsə də millətini çiyinlərində daşıyarkən, Sançes həmişə yorulmayan bir ruhla oynayırdı.